Histeroskopiya

Histeroskopiya – uşaqlıq boşlugunu müayinə etmək üçün bir üsuldur. Histeroskop deyilən bir cihaz bunun üçün istiade olunur. Histeroskop ilə uşaqlığın bir çöx xəstəliklərin diaqnozu qoyulur və müalicəsi edilir. Bu cihaz nədən ibarətdir: yüngül metallik borudan işıq və kamera keçirilir. Həkim uşaqlıq boynunu genişlədir və kameranı uşaqlıqın boşluguna daxil edir. Sonra kameradan gələn görüntü ekrana çixır və həkim ekranda hər şeyi görür. Həmin boru vasitəsilə lazım olan cərrahi alətlər də daxil olunur. Histeroskopiya – xəstəxanada spinal və ya ümumi anesteziya altında edilən kiçik bir əməliyyatdır. Onun iki növü var: diagnostik və cerrahi.

Diaqnostik histeroskopiya – uşaqliqın içindəki bəzi patoloji vəziyətlərin diaqnozu üçün istifadə edilə bilər. Bəzən digər alətlər və texnikalarla də birlikdə istifadə olunur. Diagnostik histeroskopiya üçün göstərişlər: aybaşıdan sonrakı ilk həftədə tətbiq olunur.

  • Anormal qanaxma – normal aybaşıdan uzun və sancılı qanaxma, aybaşı arası qanaxma və ya menopauza dövründə baş verən qanaxma kimi vəziyyətlərdir. Histeroskopiya sayəsində həkim anormal qanaxmanın səbəbini tapar və lazım olsa biyopsiya edə bilər.
  • Sonsuzluq. Bəzi vəziyyətlərdə qadın sonsuzluğu uşaqlıq qusuru ilə əlaqədar ola bilər. Məsələn: uşaqlıq daxili arakəsmə (incə bir toxuma uşaqlıq boşluğunu ikiyə bölər). Bu kimi problemlər histeroskopiya zamanı deqiq aşkar oluna bilər.
  • Təkrarlayən düşüklər. Bəzi qadınlar hamilə qalmağı bacarsalar da, körpələrini 20 həftəlik olmadan itirərlər. Histeroskopiya bunun səbəbini anlamaq üçün tətbiq oluna bilər.
  • Uşaqlıq daxili bitişmələr. Bu vəziyyətə Asherman sindromu deyilir. Bu bitişmələr sonsuzluğa və menstural dövründə dəyişikliklərə yol aça bilərlər. Bitişmələrə qətirən vəziyətlər – abortlar, uşaqlıq boşlugunu qaşınmaları, endometrit, adenomioz və s..
  • Uşaqlıq daxili törəmələr. Bəzən polip və submukoz mioma kimi xoş-xəsəli törəmələr histeroskop ilə aşkar edilə bilər. Histeroskopiya zamanı şübhəli törəmələrdən biopsiya alınır və törəmələrin bəd-xəsəli olub olmadığı araşdırılır.

Cerrahi histeroskopiya – müalicə məqsədi ilə istifadə edilir. Bəzi vəziyyətlərdə histeroskopiya açıq qarın əməliyyatları yerinə istifadə edilə bilər. Bu prosedur xəstəxanaların ameliyahanelerinde, ümumi anesteziya altında tətbiq olunur. Cerrahi histeroskopiya zamanı uşaqlıq daxili bitişmələr, uşaqlıq daxili arakəsmə, poliplər, submukoz miomalar aradan qötürülür. Histeroskop vasitesi ilə endometrial ablasiya (uşaqlıqın daxili selikli təbəqəsinin yandırılması) procedurı həyəta keçirilir. Ablasiya ağır qanaxma vəziyyətlərini müalicə etmək məqsədiylə edilir. Bu prosedur üçün histeroskopla birlikdə lazer və ya rezektoskop kimi digər alətlər də istifadə edilə bilər. Ablasiya üçün göstərişlər: təkrarlanan endometrial hiperplaziya, qanaxma.