Kardiologiya

Kardiologiya

Kardioloji instrumental müayinələr:
1.EKQ – ürəyin qulaqcıq və mədəciklərinin yiğlma və boşalma dövrlərini, bu zaman ortaya çixan elektrik aktivliyi kağız üzərinə qeyd edən müayinə metodudur. Bu müayinə -əsasən sinə ağrısı ilə müraciət edən pasientlərdə ürək krizi diaqnozunu qoya bilmək, müxtəlif ritm pozğunluqlarını aşkar etmək, ürəyi zədələyəcək dərmanların əlavə təsirlərini və ürəyə təsir edən bəzi xəstəliklər haqqında müəyyən fikir yürütmək və digər finksiyalarını dəyərləndirmək məqdəsilə aparılır.
2 Exokardioqrafiyaürəyin ultrasəs dalğaları vasitəsilə quruluşunun, funksiyalarının öyrənilməsi və dəyərləndirilməsidir. Bu müayinə metodu ürəyin anadangəlmə və qazanılma qüsurlarını,kardiomiopatiyaları,çapıq toxumaları,tromb və şişləri aşkar etməyə imkan yaradır. Bir çox hallarda yeganə metod olaraq ürəkdə çox xəstəlikləri aşkar etməyə imkan yaradır.Bu müayinə zamanı rentgen şüaları istifadə olunmur, tam zərərsiz, ağrısız bir metoddur, əlavə təsiri yoxdur.Uşaqlara və hamilə qadınlara tətbiq oluna bilər. Ürəkdə hər hansı bir xəstəliyə şübhə olduqda, məsələn, ürəkdə küylərin eşidilməsi, ürəkdöyünmə,ürəyin işində fasilələr, huşun itməsi, başgicəllənmə,ürək nahiyəsində ağrı və diskomfort hissi, təngənəfəslik,fiziki yükə qarşı davamsızlıq, tez yorulma,EKQ-də dəyişiliklər və s. bu müayinəni aparmağa əsas verir. Exokardioqrafiya zamanı ürək qapaqcıqları, iri damarların (aorta damarı, pulmonar arteriya) kəsikləri və hərəkətləri ekranda görünür.Müayinə əsasən 15-20 dəqiqə çəkir. Nəticələr müayinəni aparan həkim tərəfindən dəyərləndirilir.


Exokardioqrafiya nə üçün aparılır:

  • Ürək boşluqlarının həcmini və ölçüsünü bilmək üçün
  • Ürək divarlarının qalınlığını və hərəkətlərini kontrol etmək üçün
  • Ürək qapaq taylarının quruluş və funksiyalarının dəyərləndirmək üçün
  • Zədələnmiş qapaq funksiyalarını incələmək üçün
  • Ürəyin funksiyalarını dəyərləndirmək üçün
  • Ürək əzələzinin zədələyən xəstəlikləri (məsələn: kardiomiopatiyalar) aşkar etmək üçün
  • Ürəyin içərisində olan tromb və şişləri aşkar etmək üçün
  • Anadangəlmə ürək xəstəliklərini aşkar etmək və ya bu səbəbdən aparılan cərrahi müdaxilələri kontrol etmək üçün
  • Miokard infarktindan sonra ürəyin funksiyalarını dəyərləndirmək üçün
  • Ürəyin ətrafinda maye toplandıqda , mayenın miqdarının , növünün dəyərləndirilməsi və ürəyin ətrafında olan perikard qatının quruluşu və qalınlığının incələnməsi üçün
  • Ürəkdən çixan ana damarların (aorta damarı, pulmonar arteriya) quruluş və funksiyalarını dəyərləndirmək üçün

3 Stress test

Stress Test ( bəzən də Tredmil və ya fiziki yüklənmə testi adlanır) bizə pasientin ürəyinin iş yükünü hesablamağa imkan verir. Bu test zamanı insan orqanizmi daha çox işlədikcə ürək daha çox qan vurmağa məcbur olur və daha çox enerji sərf olunur.Bu test ürəyi qidalandıran koronar arteriyalarda qan təchizatının pozulması olarsa, onu aşkar edər.Həmçinin bu test bizə pasientlər üçün lazım olan fiziki aktivliyin dərəcəsini və səviyyəsini təyin etməyə kömək edir.

Nə zaman insanlara Stress test etmək lazımdır?

Stress testi ürək damar sistemi xəstəliklərinin araşdırılması, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyini aşkar edilməsi,sinədə olan ağrı və təngənəfəsliyin ürəklə bağlı olub olmamasını,aparılan müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini, pasient kardio reabilitasiyaya və ya digər idman proqramına başlayarkən hansı səviyyədə bunu edəcəyini təyin edən bir müayinə üsuludur. Stress test istirahətdə EKQ də təsbit edilməyən, lakin fiziki gərginlik sırasında meydana çıxan anormallıqları təyin etmək üçün dəyərli bir müayinədir.

Ürəyi yoxlamaq üçün Stress Test adətən Tredmil adlanan qaçış zolağı üzərində ,Veloerqometrlə və ya farmokoloji dərmanlarla aparılır.

4.Holter EKQÜrək ritminin gün boyu kiçik cihaz vasitəsilə 24-48 saat ərzində izlənməsi və EKQ çəkilməsidir. İnsan normal həyatını yaşayaraq bu cihazı üzərində gəzdirir, 24-48 saat sonra qeyd edilən məlumatlar kompyuterə köçürülərək, həkim kardioloq tərəfindən nəticə verilir. Bu müayinə nəticəsində gün ərzində baş verən ritm pozğunluqları və ürəkdə müəyyən səbəblərdən əmələ gələn ağrılar aşkar edilir.


5.Təzyiq HolteriPasientlərin gün ərzində, istirahət və yuxu zamanı təzyiq və nəbz dəyərlərinin qeyd edilməsidir. Beləliklə, hipertenziyalı xəstələrin günün hansı saatlarında təzyiq dəyərlərinin yüksək olması və ümumiyyətlə hipertenziyaya şübhə olan hallarda diaqnozu qoymağa kömək edən müayinədir. Pasient kiçik bir cihazı üzərində 24 saat gəzdirərək qeyd etrdiyimiz məlumatlar ora qeyd olunur və sonra həkim kardioloq tərəfindən dəyərləndirilir.

 

6 Kardiak CTKT-də rentgen şüaları vasitəsilə ürəyin və koronar damarların görüntülənməsinə imkan verən noninvaziv bir müayinə üsuludur. 4-5 diastola müddətində vena daxili kontrast maddə vurularaq aparılan müayinə, ürəyin və tac damarların 3D görüntüsünü almağa imkan verir. Son illərdə KT texnikasında ciddi irəliləyiş vardır və bu KT-ni demək olar ki, invaziv koronar angioqrafiya səviyyəsinə gətirmişdir. Hətta müəyyən məqamlarda İnvazivdən üstündür. Nə zaman kardiak KT-yə müraciət etmək olar?

1. Koronar arteriya xəstəlikləri 2. Coronar Ca Skor( riskin təyini)

3. Anevrizmalar 4.Pulmonar emboliyalar

5.Stent ya qraft dəyərləndirmək üçün 6.Pulmonar vena problemləri

7. EF və qapaqları dəyərləndirmək üçün