Kolposkopiya

Kolposkopiya – kolposkop vasitəsi ilə edilən bir müayinədir. Kolposkop – xüsusi cihazdır, müayinə zamanı görüntünü 15-30 dəfə böyüdür. Müayinə zamanı xüsüsi mehlullar (3% sirkə məhlulu, Lugol məhlulu) istifadə olunur. Bu məhlullar uşaqlıq boyunun üzərinə yayilır və sqvamoz epiteliya təsir edir. Normal və patoloji dəyişmiş hüceyrələr ferqli reaksiya verirlər, buna əsasen qeyri-normal (patoloji) sahələr aşkar olunur. Həmçinin prosedur zamanı sitologiya (PAP test) və şübhəli sahələrdən biopsiya edilə bilər.