Laboratoriya

Laboratoriya

əssisəmizdə dünyanın məşhur firmalarının ən müasir avadanlıqları qurulmuşdur.

1.Roche “Cobas e411 HİTACHI” immunokimyəvi analizatoru-Roche şirkətinin istehsalı olan tam robotlaşdırılmış immunokimyəvi elektroxemilüminisstent avtomat analizator geniş spektrli analizlərin qoyulması üçün imkan yaradır.

Hazır xüsusi kassetlərdə istifadə olunan reagentlər, individual ştrix kodun oxunmasına əsaslanan avtomatik proqramlaşdırma texnologiyası və mövcud gedən prosesdə fasiləsiz analizlər etmək imkanı rahat iş şəraitinə və laboratoriyalarda sərf olun əməyin azalmasına gətirib çıxarır.

Cihazın avtomatik proqramlaşdırılması üçün analizatoru işə salarkən reaktivləri,kalibratorları və sınaq məhlullarını yükləmək kifayətdir. Bütün lazımi məlumatlar,analiz üsulu və kalibrasiya əyriləri üzrə göstəricilər ID və 2D-ştrix kodlarına daxil edilmişdir.

Disk konfiqurasiyası: Nümunə,kalibrator və sınaq şüşələri üçün 30 mövqe

Ştativ konfiqurasiya: 5 mövqeli 15 ştativ (cəmi 75 mövqe)

2.Yaponiyanın Sysmex şirkətinin istehsalı olan XT-2000i hemotoloji analizatoru

-Yeni XT-2000i hemotoloji anaizatorunun iş prinsipi inqilabi üsullardan sayılan axıcı sitoflüorimetriya üsuluna əsaslanmışdır. Analizatorla dəqiq nəticə əldə etmək, normal və patoloji nümunələrin dəqiq bölünməsinə imkan yaratmaq mümkündür. Tam avtomatlaşdırılmış 38 parametrli,tam şəkildə leykositar formulanı çıxaran və retikulositlərin sayılmasını təmin edən analizator.

XT-2000i analizatoru eyni vaxtda 38 parametr təyin etməyə imkan verir.Onlardan əsas təyin olunmuş göstəricilər bunlardır:

Hemoqlabinin konsentrasiyası,hemotakrit,eritrositlərin miqdarı,eritrositlərin orta həcmi,bir eritrositdə hemoqlabinin orta konsentrasiyası,bir eritrositdə hemoqlabinin orta sıxlığı,trombositlərin miqdarı,trombositlərin orta həcmi,leykositlərin miqdarı, leykositlərin 5 fraksiyaya üzrə differensiasiyası(neytrofillər,eozinofillər,bazofillər,limfositlər və monositlər) nəticə blanklarında onların miqdarının mütləq və nisbi göstəricilər əks olunması,genişplazmalı(atipik)limfositlərin miqdarının sayılması,retikulositlər və blast hüceyrələri.

İşin texnaloji prinsipi inqilabi üsullardan sayılan axıcı sitoflüorimetriya və histokimyəvi üsulların birliyinə əsaslanaraq hüceyrəvi sub-populyasiyasının kəmiyyətcə və keyfiyyətcə qiymətləndirlməsində və morfoloji xarakteristikasının analizində yüksək dəqiqliyə təminat verir.

Ölçülən parametrlər:

Eritrositlər,hemoqlabin,hemotakrit, eritrositlərin orta həcmi,hemoqlabinin orta həcmi,hemoqlabinin orta konsentrasiyası,eritrositlərin paylanma eyniliyi,leykositlərin miqdarı,neytrofillər,limfositlər,monositlər,bazofillər,eozinofillər,yetişməmiş qranulositlər(% %-lə miqdarı),trombositlərin orta həcmi,trombositlərin paylanma eyniliyi,trombositlərin(%-lə miqdarı),yetişmənin 3 dövründə retikulositlərin tutumu,yetişməmiş retikulositlərin fraksiyası.

Eritositlər,trombositlər və leykositlərin paylaşdırılmasının histoqramması

Əsas xüsusiyyətləri:

23 əsas və 15 köməkçi parametrlər;

Leykositlərin tam differensiasiyası;

1 saatda 80 test tədqiq etmək imkanı;

Nümunələrin rəqəmsal identifikasiyası;

Morfoloji patoloqiya haqqında dəqiq məlumat və onların normal göstəricilərdən fərqləndirilməsi;

Nümunənin kalibrovkasının və keyfiyyətə nəzarətinin tam avtomatlaşdırılması;

Sınaq şüşəsindən 85 mkl,avtomatik rejimdə 130 mkl qan işlətmə imkanı;

40 mkl götürülmüş kapillyar qan işlətmə imkanı;

Reagentin əvvəlcədən qızdırılmasını təmin edən ölçü kameraları;

Levy – Jennings cədvəli,online rejimdə analizin gedişatının keyfiyyətinə nəzarət;

Tədqiqatların yaddaş tutumu:10000 pasiyent və qrafiklər əlavə olunmaqla.

3.Yaponiyanın Sysmex şirkətinin istehsalı olan UX 2000i sidik analizatoru-Sysmex UX-2000i flüoresstent axıcı sitometriya üsulu ilə işləyən axrıncı nəsl analizatorudur.

Diodlu lazer texnalogiyasına əsaslanıb, seçilmiş nuklein turşularını polimetin rəngləyicilər vasitəsi ilə boyayır ki, bu da kliniki lazım olan səviyyədə hissəciklərin həssas analizinin keçirilməsi ilə birgə bakteriyaların dəqiq aşkar olunmasına imkan yaradır.

Xarakterik analitik profilin olması:

Sysmex UX-2000i analizatoru sidikdə eritrositləri, leykositləri, bakteriyaları, epitel hüceyrələri, silindrləri, kristalları, maya göbələklərini və spermatozoidləri təyin edir. Əlavə məlumat sidiyin keçiriciliyi və bundan başqa xüsusi qaydalara əsaslanan eritrositlərin morfologiyası və məntiqi UTI işarələri vasitəsi ilə təmin olunur. İki ayrılmış analitik kanal vasitəsi ilə Sysmex UX-2000i analizatoru yalnız seçilmiş bakteriyaların analizinə və ya tam diapazonda parametrlərin verilməsinə deyil, həmçinin böyük həcmli nümunədə yüksək həssaslıq və dəqiqliklə bakteriyaların sayılması üçün xüsusi rejim seçmək imkanı yaradır.

İndi iş daha da asanlaşıb:

Məlumatların idarə olunması nöqteyi-nəzərindən geniş diapazonlu yeni xüsusiyyətlər açılır:”Məlumatların emalı modulu(IPU)” cihaza nəzarətlə yanaşı onun xidmətində işi asanlaşdırır, yığılmış məlumatların analizi isə pasiyent və terapiyanın monitorinqi üçün dəqiq təsəvvür yaradır. IPU böyük tutumlu yaddaşı olan ən son informasiya texnalogiyasını, periferik vasitələrlə qıvraq rabitəni, şəbəkə üstünlüklərini və çoxdilli proqram təminatını təklif edir. Analizin təyin olunmuş hüdudundan kənar standartlaşdırılmanı genişləndirilmək üçün sidik tədqiqatını aparan iş prosesini idarə etmə sistemi (SIS-U) UX-2000i analizatorunu tamamlayır və nəticə interpretasiyasına, növbəti iş prosesini davamına operatordan, tarixdən və zamandan asılı olmayaraq imkan yaradır.

Kliniki üstünlükləri:

Xüsusi flüoresstent axıcı sitometriya üsulu ilə işləyən Sysmex UX-2000i sidik analizatoru istifadəçiyə geniş diapazonlu kliniki üstünlüklər (məsələn, sidik yolunun infeksiyaya yoluxmasını və ya iltihabını tez bir zamanda istisna etmək üçün leykositlərin, bakteriyaların və maya hüceyrələrinin dəqiq təyini, hematuriyanın potensial mənbələri haqqında sadə məsləhət vermək üçün eritrositlərin sayılması, morfoloji məlumatın verilməsi və pasiyentin diurez statusu markeri kimi sidiyinin keçiriciliyi) verir. Məlumatlar toplusunun əksetdirmə funksiyası pasiyentin nəticələrinin tez və dəqiq icmalını verir ki, bu da müayinənin və müalicənin monitorinqində kömək edir.

Sidik analizi təhlilində intellektual üsul

Sysmex UX-2000i sidik hissəciklərinin morfologiyası interpretasiyasına subyektiv nəzarət edəni doğrudan da standartlaşdırılmış texnalogiya ilə əvəz edir. Klinisist analizatorda minimal əmək sərf edərək ona maraqlı olan məlumatları əldə edir:

Sidik yolları infeksiyalarının aşkarlanması və nəzarəti

Əgər bakterial, mikotik infeksiyaların və ya iltihabın əlamətləri varsa, analizator bunları aydın məlumatlar şəklində əks etdirir.Bu nəinki mənfi nümunələrin mikrobioloji testlərinin aparılmasını azaldır, həmçinin antibiotiklərlə lazımsız müalicəni minimallaşdırır.

Ola biləcək hematuriya mənbələrinin lokalizasiyasının aşkarlanması

Sysmex UX-2000i nümunənin tərkibində eritrositlərə şübhə olduqda diaqnostik tədqiqatların vaciblərindən biri sayılan eritrositlərin morfologiyasını təyin edir. Bu da sidik analizinin aparılmasının məqsədəuyğunluğunu təmin edir.

4.”Cobas C 311″biokimyəvi analizatoru-Roche Cobas C 311 avadanlığında geniş spektrdə qanın biokimyəvi analizini təhlil etmək mümkündür.

Tam avtomatlaşdırılmış sistem reagentlərinin geniş menyusuna malik olan Cobas C 311 p biokimyəvi analizatorunda nəinki fermentlərin,substratların,spesifik zülalların ,çox vaxt aparan müayinələrin , həmçinin xüsusi testlərin aparılması və reagent nümunələrinin universal kassetlərə yüklənməsi mümkündür.

Cobas C 311 analizatorunun təkrarolunmaz elektron sistemi reagent nümunələrinin universal kassetlərinin xüsusi elektron ştrixlər vasitəsi ilə kodlaşdırılmasını təmin edir və reagentlərin hazırlanmasında operatorun iştirakını tələb etmir.Xüsusi soyuducu sistemə malik olub reagentləri 90 gün ərzində saxlayır.

5.MagNa Pure Compact və LightCycler 480 II-Azərbaycanda ilk PZR müayinəsinin tam avtomat sistemidir.MagNa Pure Compact eyni zamanda 8nümunədə cox kiçik həcmdə(100-1000mkl) 25 dəq ərzində nuklein turşularini insan faktoru olmadan ayıran bir sistemdir. LightCycler 480 II-optik sistemli rotor tipli amplifikator “real zaman”rejimində PZR və deteksiyanın keçirilməsi üçün istehsal olunub.

Dünyada ilk 6 kanallı ən geniş hissetmə spektrinə və flüoresstent deteksiyaya malik”real zaman”rejimində amplifikasiya üçün avadanlıq hesab olunur.

Kəmiyyətcə PZR-analizlər:

infeksion dövrdə virusla yüklənmənin

genetik dəyişilmiş inqrediyentlərin konsentrasiyasının

genlərin ekspressiya səviyyəsinin qiymətləndirməsinin təyini

Keyfiyyətcə PZR-analizlər:

geniş spektrli infeksion xəstəliklərin törədicilərinin aşkarlanması

eyni vaxtda kliniki materialda bir neçə törədicinin təyin edilməsi

mikroorqanizmlərin genotipləşdirilməsi

nöqtəvi mutasiyaların və genetik polimorfizmlərin təyini…

MagNa Pure Compact (ROCHE)cihazının üstünlükləri.

1.30 dəqiqə ərzində 8 nümunədən DNT və RNT-nin ayrılması.

2.) İnsan faktoru olmadan DNT və RNT-nin tam avtomatlaşmış ayrılması.

3.) Yüksək keyfiyyət

4.) Tam dəqiq nəticə

5.) Yüksək həssaslıq

6) 4-lü kontrol sistemi

a)Negativ control

b)Pozitiv kontrol 1

c)Pozitiv kontrol 2

d)Zəif pozitiv kontrol

Əldə olunan DNT və RNT Real-Time PCR LightCycle 480 cihazına yüklənir.

Real-Time PCR LightCycle480 (ROCHE) cihazının üstünlükləri.

1.) Tez bir zamanda dəqiq nəticə.2 saat

2.) Yüksək özünəməxsusluq.

3.) Yüksək həssaslıq.

4.) Daha güvənli, düzgün kəmiyyət və keyfiyyət test nəticələrinin verilməsi.

5.) Kontaminasiyon (çirklənmə) riskinin olmaması.

6) 4-lü kotrol sistemi

1.negativ control.

2.Pozitiv Control 1

3.Pozitiv Control 2

4.Zəif Pozitiv Control

7.) Test protokolların dəyişməklə bir çox genetik testlər işləmək üçün uyğun bir sistem.

Məs.Qan xərcəngləri,Genetik qan laxtalanmaları.

8) Kəmiyyət testlərin də virusların ən aşağı həssaslığının təyin edilməsi

TESTLƏR

1.Urogenital (cinsi) infeksiyalar

2.Virus Hepatitləri

3.Tənəffüs yolu infeksiyaları

4.Qadın və kişi sonsuzluğunun genetikası

5.Kardiovaskular xəstəliklərin genetikası

Hayat Clinic Tibb Mərkəzinin PZR laboratoriyasında istifadə olunan reaktivlər Beynəlxalq sertifikata (İVD) sahib Bioron (Almaniya) firmasına məxsusdur.

Reaktivin həssaslığı

Hepatit C virus 38kopya/ml (kəmiyyət)

Hepatit C virus 15-100000000 İU/ml (keyfiyyət)

Hepatit B virusu-45 kopya/ml (kəmiyyət)

Hepatit B virusu-10-100000000 İU/ml (keyfiyyət)

6.Microptic Sperm Class Analyzer® CASA System (Computer Aided Sperm Analysis System)-Kompyuterləşdirilmiş avtomatik sperm analizator sistemi.Bu sistem vasitəsilə sperm analizində manual və subyektiv analiz aparılmasına son qoyuruq.Bunu həyata keçirmək üçün dünya tibb sahəsində 20 illik təcrübəyə malik İspaniyanın Microptic şirkətinin CASA sistemli SCA Evalution sistemini HAYAT clinice gətirdik.Cihazın təyin etdiyi modullar bunlardı:

1.Hərəkətliliyi(motility)

2.Miqdar(concentration)

3.Morfologiya(morfology)

4.DNK fraqmentasiyası( DNA fragmentation)

5.Canlılıq( vitality ).

Yüksək keyfiyyətli reaktivlər.

-Bizim klinikada ancaq, Avropa, Amerika, İsrail və Kanada kimi ölkələrin istehsalı olan reaktivlərdən istifadə edilir. Reaktivlərin alınması, daşınması və saxlanması xüsusi nəzarətdə saxlanılır.

Klinikamızda avtomatik idarə etmə sistemi olan PRESTİJ proqrami qurulmuşdur.Bu sistemin köməkliyi ilə xəstələrin qeydiyyatiı aparılır. Qeydiyyata alınmış xəstələr qan götürmə otagina yönəldilir.Analiz verməmişdən öncə xəstə haqqinda bütün informasiyanı özündə birləşdirən Barkod vurulur.barkod vurulan andan veriləcək analiz barədə informasiya labaratoriyada fəaliyyət göstərən tam avtomatlaşdırlmış analizatora ötürülür.Barkod yapışdırılmış analiz materialı aparata verilən andan analizin avtomatik rejimdə aparılması başlayır.Cavab hazir olan kimi cihaz cavabı avtomatik rejimdə mərkəzləşdirilmiş sistemə həm də təyinatı vermiş həkimə göndərir.

Laborator təhlilərin aparılmasına müssisədə xüsusi 2 qat nəzarət mexanizmi yaradılmlşdır:

1-ci mərhələdə analiz üçün materialın götürülməsinə, daşınmasına, hazırlanmasına tam nəzarət.

2-ci mərhələdə analizin aparılması, alınan nəticənin qiymətləndirilməsi, şübhə doğuran cavabların alternativ aparatda təkrarlanması, Neqativ kontrol və Pozitiv kontrolların aparılmas,hər gün istehsalçı firmadan alınmış kontrol qanla aparatların test edilməsi.

  1) LABORATORİYA  şöbəsi:                                                                   

  • Kliniki laboratoriya                                                    
  • Biokimyəvi laboratoriya                                                                                    
  • Seroloji-immunoloji laboratoriya                                                                       
  • PCR
  • Histoloji və Sitoloji laboratoriya  

Hayat Clinic PZR( Polimeraz Zəncir Reaksiyası) laboratoriyası

Hayat Clinic Tibb Mərkəzinin PZR (Polimeraz Zəncir Reaksiyası) laboratoriyası Azərbaycanda ilk dəfə olaraq əldə olunan nümunədən (qan,yaxma,sidik) DNT və RNT-nin ayrılması prosesini tam avtomatlaşdırılmış sistemdə –MagNa Pure Compact cihazı ilə əldə edir.

MagNa Pure Compact (ROCHE)cihazının üstünlükləri.

1.30 dəqiqə ərzində 8 nümunədən DNT və RNT-nin ayrılması.

2.) İnsan faktoru olmadan DNT və RNT-nin tam avtomatlaşmış ayrılması.

3.) Yüksək keyfiyyət

4.) Tam dəqiq nəticə

5.) Yüksək həssaslıq

6) 4-lü kontrol sistemi

a)Negativ control

b)Pozitiv kontrol 1

c)Pozitiv kontrol 2

d)Zəif pozitiv kontrol

Əldə olunan DNT və RNT Real-Time PCR LightCycle 480 cihazına yüklənir.

Real-Time PCR LightCycle480 (ROCHE) cihazının üstünlükləri.

1.) Tez bir zamanda dəqiq nəticə.2 saat

2.) Yüksək özünəməxsusluq.

3.) Yüksək həssaslıq.

4.) Daha güvənli, düzgün kəmiyyət və keyfiyyət test nəticələrinin verilməsi.

5.) Kontaminasiyon (çirklənmə) riskinin olmaması.

6) 4-lü kotrol sistemi

1.negativ control.

2.Pozitiv Control 1

3.Pozitiv Control 2

4.Zəif Pozitiv Control

7.) Test protokolların dəyişməklə bir çox genetik testlər işləmək üçün uyğun bir sistem.

Məs.Qan xərcəngləri,Genetik qan laxtalanmaları.

8) Kəmiyyət testlərin də virusların ən aşağı həssaslığının təyin edilməsi

TESTLƏR

1.Urogenital (cinsi) infeksiyalar

2.Virus Hepatitləri

3.Tənəffüs yolu infeksiyaları

4.Qadın və kişi sonsuzluğunun genetikası

5.Kardiovaskular xəstəliklərin genetikası

Hayat Clinic Tibb Mərkəzinin PZR laboratoriyasında istifadə olunan reaktivlər Beynəlxalq sertifikata (İVD) sahib Bioron (Almaniya) firmasına məxsusdur.

Reaktivin həssaslığı

Hepatit C virus 38kopya/ml (kəmiyyət)

Hepatit C virus 15-100000000 İU/ml (keyfiyyət)

Hepatit B virusu-45 kopya/ml (kəmiyyət)

Hepatit B virusu-10-100000000 İU/ml (keyfiyyət)