Nevrologiya

Nevrologiya

Nevrologiya bölümü mərkəzi və periferik sinir sisteminin müxtəlif tipli kəskin və xroniki gedişatlı xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğuldur.Bütövlükdə orqanizmin ayrı-ayrı orqanlarının birgə fəaliyyətini məhz sinir sistemi təmin edir.Bu səbəbdən sinir sisteminin sağlamlığı çox əhəmiyyətlidir..Belə ki,sinir sistemində yaranmış hər hansı dəyişiklik,xəstəlik bütün orqanizmin sağlamlağına ciddi təsir göstərir. Nevroloji xəstəliklərin müalicəsi orqanizmdə yaranmış digər xəstəliklərə də müsbət təsir edir. Nevroloji xəstəliklərin əksəriyyəti xroniki gedişata malik olduğu üçün vaxtında bu xəstəliklərin aşkarlanması CHEK-Up müayinə ilə mümkündür.

Nevroloji xəstəliklər zamanı aşağıdakı əlamətlər müşahidə edilə bilər:

Müxtəlif tipli baş ağrıları,baş gicəllənmə,nitq pozğunluğu, tənəffüs və udmanın çətinləşməsi, görmə və eşitmənin zəifləməsi,qulaqda küyün olması,əsəbilik,diqqətin yayınması,yaddaşın zəifləməsi,yuxunun və əhval-ruhiyyənin pozulması, qıcolmalar: ətraflarda keyimə ,göynəmə,soyuqluq hissi ,qarışqa gəzmə hissi ,əzələlərdə ağrı , dartılmalar, zəiflik,müvazinət pozğunluğu,sidik və nəcis ifrazının pozulması.

Nevroloji xəstəliklərin dəqiq diaqnostikası üçün kliniki əlamətlərdən əlavə instrumental müayinələrə də ehtiyac duyulur.

Elektro ensefaloqrafiya(EEQ) -baş beyinin funksional fəaliyyətinin bioelelektrik aktivliklərinin qeydiyyatının qeyri-invaziv müayinə üsuludur.

EEQ- həssas müayinə olub, beyin qabığının və dərin beyin strukturlarının fəaliyyətinin ən həssas dəyişikliklərini qeydə almağa imkan verir.Bu müayinə baş beyində millisaniyələr ərzində baş verən dəyişiklikləri qeydə almaq imkanına malikdir.

Elektroensefaloqramma baş beyinin funksional fəaliyyətinin və qıcıqlara qarşı olan reaksiyalarının kəmiyyət və keyfiyyət baxımından təhlilini mümkün edir.EEQ müayinəsi diaqnostika və müalicə məqsədilə (xüsusən epilepsiya xəstəliyində), həmçinin baş beyinin qavrama, yaddaş, adaptasiya və s. kimi fəaliyyətlərinin öyrənilməsində geniş istifadə edilir.

Standart(rutin) EEQ müayinəsi 20-30 dəqiqə müddətində davam edir.19 ədəd elektrod Beynəlxalq 10-20 sistemi üzrə başın üzərinə yapışdırılır. Körpüvari,”qaşıq tipli” elektrodlardan istifadə edilə bilər.Son illərdə artıq elektrodların hazır yerlərinin mövcud olduğu xüsusi papaqlardan istifadə edilməyə başlanıb.Bu papaqlar müxtəlif ölçüdə olub,hər pasiyentə uyğun olan ölçüsü seçilir.Bir çox hallarda əlavə olaraq ürəyin fəaliyyətini izləmək məqsədi ilə EKQ-qeydiyyat elektrodalar da yerləşdirilir.

Müayinənin əsas hissəsində pasiyent rahatlanmış oyanıqlıq vəziyyətində olur (pasiyent ya oturaraq, ya da uzanaraq gözlərini yumur).Müayinənin gedişatı zamanı müxtəlif funksional sınaqlar icra edilir:gözlərin yumulub-açılması, müxtəlif tezlikli ritmiki fotostimulyasiya (hər fotostimulyasiyada 5 saniyə olmaqla gözlər yumulur, ya da açılır),hiperventilyasiya (3-5 dəqiqə ərzində dərindən, tez-tez nəfəsalma).

Müayinə bitdikdən sonra həkim EEQ-ni təhlil edib,nəticə yazır.Təhlil zamanı əldə edilən ritmlərin parametrləri ölçülür, yaşa uyğunluğu təyin edilir və funksional sınaqlar zamanı yaranan dəyişikliklərə diqqət yetirilir.Patoloji ritmlər aşkar olunduqda onların xüsusiyyətləri:ritmlərin epileptiform olması,daimi və ya keçici olması, lokal və ya yayılmış olması ətraflı təsvir eilməlidirlər.

Əldə edilən nəticəyə əsasən həkim təkrar müayinə və ya başqa bir müayinə tövsiyyə edə bilər,məs: Video-EEQ və s.

Video-EEQ monitorinq müayinəsi zamanı uzun müddətli EEQ yazı ilə yanaşı pasiyentin hərəkət və davranış aktivliklərinin video və audio çəkilişi də icra olunur.

 

Elektroneyromioqrafiya-ENMQ
_________________________________

ENMQ –sinir sistemini funksional cəhətdən dəyərləndirməyə imkan
verən elektrik impulslarının rəqəmsal ölçülməsi metodudur.
Bu metodların tətbiqində 2 məqsəd vardır:
1.Sinirin zədələnmə nahiyyəsini,ağırlıq dərəcəsini dəqiqləşdirmək 
və diaqnozu tam formalaşdırmaq.
2.Müalicənin tətbiqindən sonra baş verən dəyişiklikləri dəyərləndirmək.
Bu isə öz növbəsində bizə daha düzgün müalicə növünün seçilməsinə
imkan yaradır.

ENMQ-nin üsulları:
1.Elektroneyroqrafiya (ENQ)– səthi elektrodlar vasitəsilə sinir
 
impulslarının qeydə alınması.
2.Elektromioqrafiya (EMQ)– iynə elektrodla sinir-əzələ vahidinin yoxlanması.


ENQ üsulu ilə
– hissi və ya hərəki sinirlərin zədələnməsini
– miyelin qişa və ya aksonun zədələnməsini
 
– bir və ya bir neçə sinirin zədələnməsini(mono-,polinevropatiya)
– zədələnmənin lokalizasiyasını müəyyənləşdirmək olar.
ENQ aşağıdakı xəstəliklərdə tətbiq edilir:
– mono-,polineyropatiyalar
– radikulopatiyalar,pleksopatiyalar
– tunel sindromları(karpal tunel,kubital tunel,peroneal sinirin sıxılması)
– periferik sinir travmaları

EMQ üsulu
– periferik motoneyronun və ya periferik sinirin zədələnməsi
 
– denervasyon göstəricilərinin dəyərləndirilməsi
– əzələnin nə dərəcədə qorunub saxlandığını
 
– prosesin kəskin və ya xronikiliyini təsdiq edir.

Bu metoddan aşağdakı xəstəliklərin diaqnostikasında istifadə edilir:
– Miyopatiya,miyotonik distrofiyalar,polimiozit.
– Yan amiyotrofik skleroz,boyun miyelopatiyası,spinal amiyotrofiya
– Poliyomiyelit,post-polio sindromu
– Onurğa sütunu disk yırtığı,radikulopatiya
– Sinir travması

Elektro ensefaloqrafiya(EEQ) -baş beyinin funksional fəaliyyətinin bioelelektrik aktivliklərinin qeydiyyatının qeyri-invaziv müayinə üsuludur.

EEQ- həssas müayinə olub, beyin qabığının və dərin beyin strukturlarının fəaliyyətinin ən həssas dəyişikliklərini qeydə almağa imkan verir.Bu müayinə baş beyində millisaniyələr ərzində baş verən dəyişiklikləri qeydə almaq imkanına malikdir.

Elektroensefaloqramma baş beyinin funksional fəaliyyətinin və qıcıqlara qarşı olan reaksiyalarının kəmiyyət və keyfiyyət baxımından təhlilini mümkün edir.EEQ müayinəsi diaqnostika və müalicə məqsədilə (xüsusən epilepsiya xəstəliyində), həmçinin baş beyinin qavrama, yaddaş, adaptasiya və s. kimi fəaliyyətlərinin öyrənilməsində geniş istifadə edilir.

Standart(rutin) EEQ müayinəsi 20-30 dəqiqə müddətində davam edir.19 ədəd elektrod Beynəlxalq 10-20 sistemi üzrə başın üzərinə yapışdırılır. Körpüvari,”qaşıq tipli” elektrodlardan istifadə edilə bilər.Son illərdə artıq elektrodların hazır yerlərinin mövcud olduğu xüsusi papaqlardan istifadə edilməyə başlanıb.Bu papaqlar müxtəlif ölçüdə olub,hər pasiyentə uyğun olan ölçüsü seçilir.Bir çox hallarda əlavə olaraq ürəyin fəaliyyətini izləmək məqsədi ilə EKQ-qeydiyyat elektrodalar da yerləşdirilir.

Müayinənin əsas hissəsində pasiyent rahatlanmış oyanıqlıq vəziyyətində olur (pasiyent ya oturaraq, ya da uzanaraq gözlərini yumur).Müayinənin gedişatı zamanı müxtəlif funksional sınaqlar icra edilir:gözlərin yumulub-açılması, müxtəlif tezlikli ritmiki fotostimulyasiya (hər fotostimulyasiyada 5 saniyə olmaqla gözlər yumulur, ya da açılır),hiperventilyasiya (3-5 dəqiqə ərzində dərindən, tez-tez nəfəsalma).

Müayinə bitdikdən sonra həkim EEQ-ni təhlil edib,nəticə yazır.Təhlil zamanı əldə edilən ritmlərin parametrləri ölçülür, yaşa uyğunluğu təyin edilir və funksional sınaqlar zamanı yaranan dəyişikliklərə diqqət yetirilir.Patoloji ritmlər aşkar olunduqda onların xüsusiyyətləri:ritmlərin epileptiform olması,daimi və ya keçici olması, lokal və ya yayılmış olması ətraflı təsvir eilməlidirlər.

Əldə edilən nəticəyə əsasən həkim təkrar müayinə və ya başqa bir müayinə tövsiyyə edə bilər,məs: Video-EEQ və s.

Video-EEQ monitorinq müayinəsi zamanı uzun müddətli EEQ yazı ilə yanaşı pasiyentin hərəkət və davranış aktivliklərinin video və audio çəkilişi də icra olunur.

MRT Silent Scan-Maqnit-rezonans tomoqrafiyası

Baş beynin və onurğanın müayinəsini həyata keçirən üsuldur. Yeni texnologiya olan Silent Scan MRT cihazının nevroloji xəstələr üçün müəyyən narahatlıq yaradan səsinin səviyyəsini maksimum azltmağa imkan verir.