Optima MR450w 1.5T MR

Optima MR450w 1.5T MR

Optima MR450w 1.5T MR cihazı 230 kq -ə qədər çəkisi olan pasiyentlər üçün nəzərda tutulub.

70 sm genişliyində olan işıqlı qentri pasiyentlərin müayinələri üçün komfortu təmin edir.

Müayinələr yüksək sürətlə aparılıb, ortalama müayinə vaxtı 15 dəqiqə çəkir.

Bəzi hallarda ehtiyac olanda, müayinə zamanı qısa müddətli qorxu hissəini aradan qaldıran preparatlardan istifadə oluna bilər.

MR cihazı 50 sm genişliyində görmə sahəsinə malikdir, və bu eyni vaxtda geniş sahələri görmək imkanını yaradır.

MR cihazında aşağıda sadalanan müayinələr aparılır:

  • baş beyin;
  • paranazal sinuslar;
  • orbital strukturalar;
  • gicgah sümükləri;
  • onurğa sütunu (boyun, döş, bel, oma, büzdüm) – fəqərəarası disklər və onurğa beyin;
  • mieloqrafiya;
  • boyun yumşaq toxumaları;
  • oynaqlar – çiyin, dirsək, mil-bilək, oma-qalça, bud-çanaq, diz, aşıq-baldır;
  • ətraf sümüklər və yumşaq toxumalar;
  • döş qəfəsin yumşaq toxumaları və divararalığı;
  • qarın boşluğu üzvləri;
  • kontrastsız MRCP (xolanqiopankreatoqrafiya);
  • kiçik çanaq üzvləri;
  • böyrəklər və böyrəküstü vəzlər;
  • kontrastlı, və o cümlədən dinamik kontrastlı müayinələr;
  • kontrastsız 3D TOF angioqrafiya.

MR tomoqrafiaya əlavə bizim kilinikada avtomatik injektor vasitəsi ilə, dinamik kontrastlı MR müayinələr aparılır.