PAP SMEAR VƏ HPV (papilloma) VİRUSUNUN AŞKARLANMASI.

HPV virusu – 100-dən çox növü olan bir infeksiyadır. HPVin hər növü bədənin genital, perianal nahiyələrdə, əllərdə, ayaq döşəməsində, ağızda ziyillər əmələ gəlməsinə səbəb ola bilər. HPV infeksiyalarının bəzi növləri isə uşaqlıq boynunun xərçənginə səbəb ola bilərlər. Bu virus cinsi əlaqə zamanı ötürülür. HPV infeksiyası ümumiyyətlə xəstədə ziyil və ya başqa bir zədələnməsi olmadığından hiss olunmur. Xəstənin simptomları daşıdığı HPV infeksiyasının növünə görə müxtəliflik göstərə bilər.

Genital ziyillər: kiçik bədən (ve yə çəhrayi) rəngində törəmələrdir, bir çox ziyillərin birlikdə toplanması gül kələm şəklində də görülə bilər. HPV infeksiyasının 6 və 11 tipləri buna səbəb olur. Bu HPV tiplərinin ümumiyyətlə xərçənglə bir əlaqədar yoxdur. Qadınlarda, bu ziyillər tez-tez vulvada, bəzən də anus ətrafında, uşaqlıq yolunun içində və ya uşaqlıqın boynunda görünə bilər. Müəyyən HPV növləri daha ciddi, atipik dəyişikliklərə səbəb ola bilərlər. Bu atipik vəziyyətlər ən çox PAP smear testində ortaya çıxar. Aşağı dərəcəli atipik vəziyətlər ümumiyyətlə müalicəyə ehtiyac qalmadan hüceyrələrin normala dönməsiylə nəticələnər. Yüksək dərəcəli atipik vəziyətlər normala dönməyə çox meyilli deyil və bəziləri uşaqlıq boynunun xərçənginə səbəb ola bilər. Adətən HPV infeksiyasının 16 və 18 tipləri bu növ yüksək dərəcəli atipik vəziyətlərə səbəb olur. Anormal vaginal qanaxmalar (əsasən cinsi əlaqə zamanı) uşaqlıq boynunun xərçənginin əlamətləridir. Demək olar ki, əksər hallarda uşaqlıq boynunun xərçənglərinə HPV virusu səbəb olur.

HPV infeksiyasını vaxtında aşkar etmək üçün qadınlar nizamlı olaraq smear testi etməlidirlər. Smear testi uşaqlıq boynunun xərçənginə çevrilə biləcək bir HPV infeksiyasının ortaya çıxarmanın ən yaxşı yoludur.

Risk faktorları: cinsi partnerlerin bir çox sayı, 20 yaşından gənc cinsi aktiv qadınlar (gənc yaşlardakı qadınların virusa qarşı daha həssas olmaları ola bilər), zəyif immun sistemi olan qadınlar.

HPV infeksiyasının diaqnozu üçün aşağıdakı testlər lazım ola bilər:

Vizual müayinə: ziyil və ya zədələnmə aşkar olunur.
Geniş kolposkopiya zamanı sirkə həlli testi: həkim uşaqlıq boynunu sirkə həlli ilə tətbiq edir və, nəticədə, HPV infeksiyalı sahələr ağarır.
Smear testi: vaginal müayinə zamanı həkim uşaqliq boynundan hüceyrə nümunəsi toplayir və analiz üçün laboratoriyaya göndərir.
DNT testi: bu test tip 16 və 18 də daxil olmaq üzrə cəmi 13 yüksək riskli HPV virusunu ortaya çıxara bilər.
Əgər qadının axırıncı PAP-Smear test nəticələri normaldırsa və qadının yaşı 30dan çöx olsa həkim smear testlərə əlavə olaraq HPV DNT istəyə bilər. Hər iki test mənfidirsə qadın sonrakı Smear + DNT testləri 3 il sonra etməlidir. Əgər Smear test mənfi amma DNT testi müsbət olursa həkim xəstəni daha erkən bir tarixdə müayinə etmək istəyə bilər.

HPV infeksiyasının müalicəsi yoxdur. Əksər hallarda immunitet sistemi bədəndə atar və ziyillər müalicəsiz bir şəkildə ortadan qalxar. Daha tez ziyillərdən xilas olmaq üçün bəzi müalicələr mövcuddur. Bunlar HPVin sıxlığını azaltmağa istiqamətlidir amma virusu aradan qaldıra bilməzlər. Məsələn- genital ziyilləriniz ortadan qalxmış olsa belə, cinsi əlaqə ilə partnera hələ virusu yoluxacaq. Genital ziyillərin müalicəsinə trichloroacetic turşusu ilə yandırılması, kriyoterapiya, lazer və radiodalğalar vasitəsilə yandırılma daxildir.