Radiologiya

Radiologiya

Artıq çəki daha MR və KT müayinələri üçün məhdudiyət yaratmır

Yalnız Hayat Klinikada ağır çəkili pasiyentlərin müayinəsi aparıla bilər.

Optima MR450w 1.5T MR cihazı 230 kq -ə qədər çəkisi olan pasiyentlər üçün nəzərda tutulub.

70 sm genişliyində olan işıqlı qentri pasiyentlərin müayinələri üçün komfortu təmin edir.

Müayinələr yüksək sürətlə aparılıb, ortalama müayinə vaxtı 15 dəqiqə çəkir.

Bəzi hallarda ehtiyac olanda, müayinə zamanı qısa müddətli qorxu hissəini aradan qaldıran preparatlardan istifadə oluna bilər.

MR cihazı 50 sm genişliyində görmə sahəsinə malikdir, və bu eyni vaxtda geniş sahələri görmək imkanını yaradır.

MR cihazında aşağıda sadalanan müayinələr aparılır:

  • baş beyin;
  • paranazal sinuslar;
  • orbital strukturalar;
  • gicgah sümükləri;
  • onurğa sütunu (boyun, döş, bel, oma, büzdüm) – fəqərəarası disklər və onurğa beyin;
  • mieloqrafiya;
  • boyun yumşaq toxumaları;
  • oynaqlar – çiyin, dirsək, mil-bilək, oma-qalça, bud-çanaq, diz, aşıq-baldır;
  • ətraf sümüklər və yumşaq toxumalar;
  • döş qəfəsin yumşaq toxumaları və divararalığı;
  • qarın boşluğu üzvləri;
  • kontrastsız MRCP (xolanqiopankreatoqrafiya);
  • kiçik çanaq üzvləri;
  • böyrəklər və böyrəküstü vəzlər;
  • kontrastlı, və o cümlədən dinamik kontrastlı müayinələr;
  • kontrastsız 3D TOF angioqrafiya.

MR tomoqrafiaya əlavə bizim kilinikada avtomatik injektor vasitəsi ilə, dinamik kontrastlı MR müayinələr aparılır.

KT müayinələri 128 kəsikli Otima cihazında aparılır.

Bu cihaz çəkisi 230 kq –ya qədər pasiyentlərdə müayinəni aparmaqa imkan yaradır.

Cihaz tez sürətirentgen şüaların aşağı dozası ilə digər modellərdən seçilir.

Bu KT cihazda bütün bədənin görüntüsünü bir neçə saniyyə içərisində əldə etmək olar.

Oyanıqlı pasiyentlərdə, travmatik zədələnmələr zamanı, ağ ciyər xəstəlikləri üçün KT müayinəsi əvəzolunmazdır.

Kompyuterli tomoqrafda müayinələr aparılır:

  • baş beyin və kələ sümükləri
  • paranazal sinuslar;
  • orbital strukturalar;
  • gicgah sümükləri;
  • onurğa sütunu (boyun, döş, bel, oma, büzdüm) – sümük strukturları;
  • boyun yumşaq toxumaları;
  • oynaqlar – sümük strukturlarını dəyərləndirmək üçün;
  • ətraf sümüklər və yumşaq toxumalar;
  • ağ ciyərlər, döş qəfəsin yumşaq toxumaları və divararalığı;
  • qarın boşluğu üzvləri;
  • kiçik çanaq üzvləri;
  • böyrəklər və böyrəküstü vəzlər;
  • kontrastlı dinamik müayinələr;
  • kontrastlı angioqrafiya (mərkəzi və periferik damarların);
  • 3D (üç ölçülü) rəngli görüntülər.

KT zamanı avtomatik injektor vasitəsi ilə dinamik kontrastlı müayinələr və angioqrafik müayinələr aparıla bilər.

Əlavə məlulat üçün Hayat Klinikaya müraciyyət edin