Qadınlarda cinsi fəaliyyət pozulmaları

Qadınlarda cinsi fəaliyyət pozulmaları

Cinsi fəaliyyət, damar, neyrogen və endokrin sistemlərlə bağlı qarışıq bir müddətdir.bu fəaliyyət qadının həyat fəaliyyətinə və ümumi sağlamlığına təsir edir.

Qadınlarda cinsi fəaliyyətin disfunksiyası: Cinsi istəyin posulması, orqazm, qıcıqlandırılma, cinsi əlaqə zamanı ağrı kimi problemlərin bir neçəsini və ya hamısını özündə birləşdirən psixoseksual xəstəliklərin cəmi olub, qadının həyat fəaliyyətinə və sağlamlığına mənfi təsir edir.

Qadınlarda cinsi fəaliyyətin pozulması beynəlxalq bir problem olub,etnik kökən, İrq, din və yaşanılan əraziyə görə yayılma dərəcəsi fərqlidir.

Cinsi fəaliyyətə mənfi təsir edən bir çox faktorlar mövcütdur belə ki: neyrogen, qan təchizatı pozulması, hormonal disbalans, Əzələ patalogiyası və psixogen faktorları göstərmək olar.

Hormonal dəyişikliklər (menopauza), yaş, bədən görünüşü, təhsil,hamiləlik, partnyorla bağlı problem, partnyorun ümumi və cinsi sağlamlıq problemi kimi faktorlar qadınlarda cinsi fəaliyyətin pozulmasına yol aça bilir.

Qadınlarda seksual fəaliyyət pozulmaları bir neçə yerə ayrılır:

– Cinsi əlaqə zamanı ağrı
– Cinsi marağın azalması və ya itməsi
– Cinsi əlaqə zamanı hissiyatsızlıq
– Orqazm ola bilməmək və ya natamam orqazm

Bütün bunları nəzərə alaraq,yaranmış vəziyyətin səbəbini tapıb müalicə etmək lazımdır.

 

Dr. Ağa Ağazadə

Uroloq-Androloq