Qaraciyər piylənməsi

Qaraciyər piylənməsi

Yağlı qaraciyər, triqliseridlərin hepatositlərdə depolanması ilə nəticələnən, qazanılmış və geri dönən metobolizm xəstəliyidir.Ən tez rast gəlinən səbəbi- artıq çəkidir.Həmçinin, həddən artıq alkoqol qəbulu da qaraciyər piylənməsinə gətirir.Digər səbəblərdən kontrol ediləməyən hiperlipidemiya,diyabet,həddən artıq kortikosteroid qəbulu, hamiləlik, parenteral qidalanma, ciddi hepatit və s. kimi misal gətirmək olar.
Qaraciyər piylənməsi zamanı sonoqrafik görünüm yag miqdarına və depolanmanın total və ya ocaqlı olmasına baglı dəyişir.Total yaglanmanın 3 dərəcəsi mövcuddur- yüngül, orta və agır. Yüngül dərəcədə qaraciyər exogenliyi minimal artmışdır. Orta dərəcədə qaraciyər exogenliyi artmış, intrahepatik damar şəkli və diafraqmanın görüntüsündə yüngül zəifləmə.Şiddətli piylənmədə qaraciyərin dərin bölgələrinin izlənməsi mümkün olmur, intrahepatik damarlar və diafraqma ya zəif, ya da heç seçilmir.
Ocaqlı piylənmə zamanı normal qaraciyər toxuması arasında exogenliyi artmış zonalar şəklində görünür və bəzən bu görüntü qaraciyər törəmələri ilə səhv salına bilər.Həmçinin eyniylə yaglanmadan qorunma ocaqları da olur ki, bunlar da eyni səhvə yol aça bilər.