QARIN AĞRISI

QARIN AĞRISI

QARIN AĞRISI👥Hər vaxtınız xeyir, dəyərli oxucularım! Bu gün sizə çox geniş yayılmış, övladlarınızın ən çox şikayət etdiyi və uşaqlıq dövrünün ən klassik ağrısı, insanların yaşından və cinsindən asılı olmayaraq ən çox hiss etdikləri ağrı – qarın ağrısıdır.

QARIN AĞRISI👫Əziz valideynlər, övladınız qarın ağrısından şikayət etdiyində, dərhal təlaşlanmaq lazım deyil. Uşaqlarda qarın ağrılarının olması, xüsusən göbək ətrafı nahiyədə, əksər hallarda təhlukəli deyil. Bu ağrıların səbəbi – qarında köp əmələ gəlməsi, həmçinin bağırsaq spazmı, böyük bayıra çıxma hissi ilə bağlılıq və s. ola bilər.

QARIN AĞRISI💥Diqqət! Əgər ağrı göbək nahiyyəsində (yəni mərkəzdə) deyilsə – o zaman mütləq həkimə müraciət etmək lazımdır!
Bəs təcili olaraq həkimə müraciət etmək nə vaxt gərəklidir?
Qarında ağrı aşağıda sadalanan hallarla bərabər olarsa:
1 – nəzərə çarpacaq qədər dərinin avazıması və tərləmə;
2 – yüksək hərarət və ishal;
3 – səpgi;
4 – uşaqda halsızlıq, zəyiflik və yuxululuq hissi artırsa;
5 – ağrı sağ qalça çuxur nahiyəsindədir (qarnın sağ aşağı hissəsində);
6 – Qusuntu yaxud nəcisdə qan varsa;
7 – Qarın ağrılarından öncə travma (zədə) olmuşsa;
8 – uşaq kiçik bayıra gedə bilmir yaxud çox çətinliklə və ağrı ilə gedir.

QARIN AĞRISI🙇Oğlan uşaqları əksər hallarda utandıqları üçün xaya ağrılarını da qarın ağrıları kimi bildirə bilər. Bu səbəbdən diqqətli olun, ağrının yerini dəqiqləşdirməyə çalışın və mütləq həkimə müraciət edin!

QARIN AĞRISI🚽Uşaq qarın ağrısından şikayət etdiyi zaman ilk öncə onun böyük bayıra nə zaman çıxdığı ilə maraqlanın və ayaqyoluna getməyi təklif edin. Əgər böyük bayıra getməkdə çətinlik çəkirsə, o zaman qliserin tərkibli şamlardan istifadə edərək yardımçı ola bilərsiniz.
QARIN AĞRISI🛌Qarın ağrısı zamanı çalışın uşağın fiziki yükü az olsun, yatması (uzanması) məsləhətlidir. Çalışın uşağın fikrini ağrıdan yayındırasınız (xüsusən də müsbət emosiyalarla, güldürməklə və s.).

QARIN AĞRISI🍳Uşağın qarnı ağradığı zaman onu yemək yeməyə məcbur etməyin. Çünki yemək yediyi zaman bağırsaq peristaltikası (bağırsaqların hərəkət etməsi) onda qarın ağrısını artıra bilər. Yeməyi sadəcə təklif edin yaxud özünün istəməsini gözləyin (söhbət ağrı zamanı və ağrı keçdikdən 1-2 saatdan gedir).

QARIN AĞRISI😐Özünüzü qoruyun, hər zaman sağlam olun!
QARIN AĞRISI👤Hörmətlə, doktor Həmid Hacıağayev.