Qarın və şaxtanın orqanizmə faydaları nədir? Qış fəslini sevdirə bilən 5 amil

Qarın və şaxtanın orqanizmə faydaları nədir? Qış fəslini sevdirə bilən 5 amil

1.Şaxtalı hava dəniz havası qədər faydalıdır.Buna səbəb havanın yaya nəzərən 30% artıq oksigenlə zəngin olmasıdır.Həmçinin şaxta virus və mikrobları məhv edir, qar isə havanı zərərli hissəciklərdən və qarışıqlardan təmizləyir.

2.Soyuq gözəlliyi və cavanlığı qoruyur. Aşağı temperaturu orqanizm “həyəcan siqnalı” kimi qəbul edərək bütün müdafiə qüvvələrini səfərbər edir.Nəticədə qan dövranı və maddələr mübadiləsi sürətlənir,endorfinlərin sintezi artır.Bu effektləri biz, dərimizə müxtəlif kremlər sürtərək və kosmetoloq prosedurları keçərək əldə edirik. Lakin Şimalda yaşayan xanımlar pulsuz ədə edirlər!

3.Qarın rəngi sinir sistemini sakitləşdirir,orqanizmi toksinlərdən təmizləyir,hətta beyin toxuması strukturlarını bərpa edir! Ağ-şəfa rəngidir.

4.Qar ərintisinin suyu anti-age kremlərindən daha faydalıdır! Bu suyun tərkibi orqanizmin hüceyrələrinin sitoplazma və nüvəsinin tərkibi ilə eyni olduğu üçün qocalmanı ləngidir.Dəri üçün daha təsirli tonik məhluldur! Bu məqsədlə yalnız təmiz qar (məs:meşədən götürülmüş) təbii üsulla əridilərək istifadə edilir.Bu maye öz müalicəvi effektlərini 12 saat ərzində saxlayır.

5.Qarın yağması ilə şəhərə sakitlik çökür. Təzə qar, səsləri hopduraraq nəhayət ki, böyük meqapolislərin insanlarına maşınların və kütlələrin səs-küyündən dincəlməyə imkan yaradır.