Roche Cobas E411 Hitachi Immunokimyavi analiztoru

Roche şirkətinin istehsalı olan tam robotlaşdırılmış immunokimyəvi elektroxemilüminisstent avtomat analizator geniş spektrli analizlərin qoyulması üçün imkan yaradır.

Hazır xüsusi kassetlərdə istifadə olunan reagentlər, individual ştrix kodun oxunmasına əsaslanan avtomatik proqramlaşdırma texnologiyası və mövcud gedən prosesdə fasiləsiz analizlər etmək imkanı rahat iş şəraitinə və laboratoriyalarda sərf olun əməyin azalmasına gətirib çıxarır.

Cihazın avtomatik proqramlaşdırılması üçün analizatoru işə salarkən reaktivləri,kalibratorları və sınaq məhlullarını yükləmək kifayətdir. Bütün lazımi məlumatlar,analiz üsulu və kalibrasiya əyriləri üzrə göstəricilər ID və 2D-ştrix kodlarına daxil edilmişdir.

Disk konfiqurasiyası: Nümunə,kalibrator və sınaq şüşələri üçün 30 mövqe

Ştativ konfiqurasiya: 5 mövqeli 15 ştativ (cəmi 75 mövqe)