Şəkərli diabetin müalicə və profilaktika imkanları

Şəkərli diabetin müalicə və profilaktika imkanları

Şəkərli diabetin bu günkü müalicə və profilaktika imkanları.
Müşahidə etdikdə şəkərli diabetin dünya üzrə epidemiyasını görürük. Statistikalara görə dünyada 1985- ci ildə 30 milyona qədər səkərli diabetə tutulmuş insanlar var idi. 2015-ci ildə bu insanların sayı 415 milyona qədər gəlib çatıb. 2040-cı ildə gözlənilirki şəkərli diabetə tutulmuş insanların sayı 642 milyona qədər olacaq. Əgər 1-ci dünya müharibəsi zamanı gündə 6436 əskər və zabit öldürülürdüsə 2015-ci ildə gün ərzində şəkərli diabetdən 13699 nəfər ölürdü. Əsasən şəkərli diabetin problemi onun fəsadlarıdır. Bu xəstəlik dünyada korluğun yaranmasının bir nömrəli səbəbidir. Xroniki hemodializ olan xəstələrin yarısı şəkərli diabetə tutulmuş insanlardır. Şəkərli diabet aşağı ətraflarda qeyri travmatik amputasiyanın bir nömrəli səbəbidir və dünyada hər 30 saniyədən bir şəkərli diabetə tutulmuş insanlarda ətrafların amputasiya əməliyatı keçirilir. Diabetli xəstələrin ölümünün əsas səbəbi urək infartı və insultdur.
Indiki zamanda 12 qrup şəkər endirici preparat vardır. Lakin sekərli diabetin müalicəsi yalnız şəkərendirici müalicə ilə qurtarmır, onunla bərabər arterial hipertenziyanın, antiatreskirotik və antitrombatik müalicə keçirilməlidir. Indiki zamanda şəkərli diabetin profilaktikası mümküdür. Bu o demekdirki şəkərli diabetin qarşısını almaq olar və bunun üçün həkimlərin əlində lazımı imkanlar var. Bundan başqa əgər əvvəllər biz deyirdik ki, şəkərli diabet başlayıbsa onu tam müalicə etmək mümkün deyil. Amma indi biz deyə bilərik ki, şəkərli diabetin remissiyası mümkündür. Bu o deməkdir ki, şəkərli diabetə tutulmuş insanlar “uzun müddət ya da ömrünün axırına kimi normal şəkərlərlə dərmansız və fəsadlarsız yaşaya bilər.” Bütün bu metodlar indi bizim əlimizdədir.
#hekim #doctor #hayatclinic #saglamliq #saglamol #diabet#endokrinoloq #HealthisHappiness