MRT - Maqnit Rezonans Tomoqrafiyası müasir tibbdə ən inkişaf etmiş diaqnostik üsullardan biri olub, ionlaşdırıcı şüalanmadan istifadə etmədən orqanizmin müxtəlif strukturlarının yüksək keyfiyyətli görüntülərinin əldə edilməsinə imkan yaradır. Bu metod nevrologiya, onkologiya, ortopediya və digər sahələrdə xəstəliklərin erkən aşkarlanması və müalicə planlarının formalaşdırılmasında mühüm rol oynayır.
Maqnit Rezonans Tomoqrafiyası (MRT) bir çox tibbi sahədə geniş tətbiq olunur:
Beyin və sinir sistemi xəstəlikləri:
• İnsult, şişlər, beyin damarlarının patologiyaları
• Multiple skleroz və digər nevroloji xəstəliklər
• Epilepsiya və baş ağrılarının səbəblərinin araşdırılması
Onkoloji xəstəliklər:
• Bədxassəli və xoşxassəli şişlərin erkən aşkarlanması
• Xərçəngin yayılma dərəcəsinin və metastazların qiymətləndirilməsi
Skelet və oynaq problemləri:
• Travmalar, sınıqlar, menisk və bağ aparatının zədələnmələri
• Osteoxondroz, artroz və revmatoloji xəstəliklər
Damar və ürək xəstəlikləri:
• Beyin və bədən damarlarının dəyərləndirilməsi (MRA – Maqnit Rezonans Angioqrafiya)
• Ürək-damar sistemi xəstəliklərinin diaqnostikası
Daxili orqanların müayinəsi:
• Qaraciyər, böyrəklər, mədəaltı vəzi və bağırsaq xəstəlikləri
• Sidik-cinsiyyət sistemi problemləri (prostat, uşaqlıq, yumurtalıqlar)
MRT təhlükəsiz və ionlaşdırıcı şüalanmadan istifadə etmədiyi üçün pasiyentlərin sağlamlığına heç bir mənfi təsir göstərmir və kompleks diaqnostik qiymətləndirmə üçün etibarlı üsul hesab olunur.
Unikal xüsusiyyətlərə sahib MRT cihazı Referans Hayat Hospitalda!
Referans Hayat Hospital-da MRT müayinələri üçün innovativ texnologiyaya malik GE Optima MR450w 1.5T cihazı istifadə olunur.
Cihazın əsas xüsusiyyətləri:
• Yüksək Çəki Limitinə Uyğunluq: Cihaz 230 kq-a qədər çəkisi olan pasiyentlər üçün nəzərdə tutulmuşdur, bu da artıq çəkili şəxslərin də rahat və təhlükəsiz şəkildə müayinə olunmasına imkan verir.
• Geniş Qentri: 70 sm-lik qentri genişliyi ilə, xüsusilə klaustrofobiyadan əziyyət çəkən pasiyentlər üçün müayinə prosesi daha komfortlu və etibarlı şəkildə həyata keçirilir.
• Sürətli Müayinə Proseduru: Orta hesabla 15 dəqiqə davam edən müayinə vaxtı, əməliyyat müddətinin qısalmasına və pasiyentlərin narahatlığının minimuma endirilməsinə şərait yaradır.
• Səssiz Rejim (Silent Scan): Cihaz tərəfindən təmin edilən səssiz rejim, müayinə zamanı yaranan səs-küyü azaldaraq, psixoloji komfortun təmin olunmasına xidmət edir.
• İnnovativ Diaqnostik Protokollar: Xüsusilə onkologiya, pediatriya və nevrologiya sahələrində mürəkkəb patologiyaların dəqiq aşkarlanması üçün müasir protokollar tətbiq olunur.
MRT təhlükəsiz və ağrısız müayinədir. İnsan orqanizmi üçün tamamilə ziyansızdır, hamilə qadınlar və uşaqlar da keçə bilərlər. MRT insan bədəninin bütün daxili orqanlarını müayinə etməyə imkan verir və dərin yerləşmiş bioloji toxumaların viziullaşmasını təmin edir.
MRT İcbari Tibbi Sığorta çərçivəsində ödənişsizdir!
Referans Hayat Hospital-da MRT müayinəsi icbari tibbi sığorta çərçivəsində ödənişsiz olaraq həyata keçirilir. Pasiyentlər müvafiq göndəriş əsasında heç bir əlavə ödəniş etmədən bu müayinədən yararlana bilərlər.
MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsinin aparıldığı filiallarımız:
- Referans Hayat Hospital, Bakı şəh., Yasamal r., Mətbuat pr. 35A
- Referans Qəbələ Tibb Mərkəzi: Qəbələ şəh., A. Səhhət küç. 25A
- Referans Xaçmaz Tibb Mərkəzi: Xaçmaz şəh., N.Nərimanov küç. 49 (keçmiş NK-AY klinikası)
- Referans Naxçıvan Tibb Mərkəzi: Naxçıvan şəh., 11-ci Məhəllə
- Həmçinin Referans Medical Group daxilində fəaliyyət göstərən Leyla Medical Centerdə aparılır.
35204 | 13.02.2025