Stress faktorunun sonsuzluğa təsiri

Stress faktorunun sonsuzluğa təsiri

Ən çox müraciət edilən suallardan biri..Doktor Stress sonsuzluq yarada bilərmi..? Əsəblə əlaqədar olaraq sperma göstəriciləri dəyişirmi..?
Stress faktoru başqa orqanlara təsir etməklə yanaşı cinsiyyət sisteminədə mənfi təsir edən amillərdəndir.Hər bir insan yaşamı boyu,zehni,fiziki və mühitdən aslı olaraq bir çox stress faktoru ilə üzləşir.Xüsusiylə sonsuzluqla müraciət edən kişidə heç bir problem aşkarlanmadığı halda stress faktoru sonsuzluğa təkan verə bilir.
Stress cinsiyyət sistemi üzərində birincili faktor kimi görülə bilər
Normalda çox hallarda gündəlik yaşam tərzinin stresi sperma göstəricilərinə ciddi təsir etmir.təbiiki əgər o insan stress faktoru ilə özü mübarizə apara bilirsə.Xroniki və şiddətli stresin isə insanda spermoqrammada sperma hüceyrələrinin sayında azalma,spermatazoidlərin hərəkətliliyinin aşağı düşməsi və morfologiyasında ciddi dəyişikliklərə səbəb olur.
Streslə artan adrenergik oyanma nəticəsində ifraz olunan ketaxolaminlər,periferik damarlarda vazokonstruksiya(daralma) yaradaraq,xayaların qidalanmasını pozur.Nəticədə xayaların qidalanması azalır və Testosteron miqdarı və spermatogenez aktivliyi aşağı düşür.Bundan başqa stresslə əlaqədar olaraq.
Günlük iş şəraiti ilə əlaqədar yaranan stress zamanı qanda Testosteronun səviyyəsi aşağı düşür.Fiziki işlə bağlı stress baş beyində hipofiz vəzdən sintez olunan lüteinləşdirici hormonun ifrazını zəiflədir və nəticə etibari ilə xayalarda Testosteron sintezi zəifləyir.
Bunun üçündə Sonsuzluqla müraciət edən passientlərdə stress faktoru nəzərə alınmalı və aşkara çıxarsa stress faktorunu aradan qaldırmaq yönündə müalicələr aparılmalıdır.