Stress test nədir?

Stress test nədir?

Stress Test ( bəzən də Tredmil və ya fiziki yüklənmə testi adlanır) bizə pasientin ürəyinin iş yükünü hesablamağa imkan verir. Bu test zamanı insan orqanizmi daha çox işlədikcə ürək daha çox qan vurmağa məcbur olur və daha çox enerji sərf olunur.Bu test ürəyi qidalandıran koronar arteriyalarda qan təchizatının pozulması olarsa, onu aşkar edər.Həmçinin bu test bizə pasientlər üçün lazım olan fiziki aktivliyin dərəcəsini və səviyyəsini təyin etməyə kömək edir.Nə zaman insanlara Stress test etmək lazımdır?
Stress testi ürək damar sistemi xəstəliklərinin araşdırılması, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyini aşkar edilməsi,sinədə olan ağrı və təngənəfəsliyin ürəklə bağlı olub olmamasını,aparılan müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini, pasient kardio reabilitasiyaya və ya digər idman proqramına başlayarkən hansı səviyyədə bunu edəcəyini təyin edən bir müayinə üsuludur. Stress test istirahətdə EKQ də təsbit edilməyən, lakin fiziki gərginlik sırasında meydana çıxan anormallıqları təyin etmək üçün dəyərli bir müayinədir.
Ürəyi yoxlamaq üçün Stress Test adətən Tredmil adlanan qaçış zolağı üzərində ,Veloerqometrlə və ya farmokoloji dərmanlarla aparılır.

Kardioloq Dr. Gunel Kerimova