Stress test

Stress Test  ( bəzən də Tredmil və ya fiziki yüklənmə testi adlanır) bizə pasientin  ürəyinin iş yükünü hesablamağa imkan verir. Bu test zamanı  insan orqanizmi daha çox işlədikcə ürək daha çox qan vurmağa məcbur olur və daha çox enerji sərf olunur.Bu test ürəyi qidalandıran koronar arteriyalarda qan təchizatının pozulması olarsa, onu aşkar edər.Həmçinin bu test bizə pasientlər üçün lazım olan fiziki aktivliyin dərəcəsini və səviyyəsini təyin etməyə kömək edir.

Nə zaman insanlara Stress test etmək lazımdır?

Stress testi ürək damar sistemi xəstəliklərinin araşdırılması, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyini aşkar edilməsi,sinədə  olan ağrı və təngənəfəsliyin ürəklə bağlı olub olmamasını,aparılan  müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini, pasient kardio reabilitasiyaya və ya digər idman proqramına başlayarkən hansı səviyyədə bunu  edəcəyini  təyin edən bir müayinə üsuludur. Stress test istirahətdə EKQ də təsbit edilməyən, lakin fiziki gərginlik sırasında meydana çıxan anormallıqları təyin etmək üçün dəyərli bir müayinədir.

Ürəyi yoxlamaq  üçün Stress Test  adətən Tredmil adlanan qaçış  zolağı üzərində ,Veloerqometrlə və ya farmokoloji dərmanlarla aparılır.