Süd vəzi kistləri nədir?

Süd vəzi kistləri nədir?

Hər bir qadının həyatının müəyyən dönəmlərində süd vəzisində xoşxassəli dəyişikliklər qeyd oluna bilər,70% hallarda bu süd vəzi kistləridir.Süd vəzi kistləri süd vəzi toxumasında qeyd olunan su kisələridir,bədxassəli deyil,və heç bir bədxassəli şişə çevrilmir.Əsasən 35-50 yaş arası rast gəlinir,buna baxmayaraq qadın bədəninin hormonal vəziyyətindən asılı olaraq bütün yaşlarda meydana çıxa bilər.Kistlər heç bir müalicə tələb etmir,yalnız ölçü çox böyük olduqda və pasientə narahatlıq yaratdıqda ultrasəs müayinəsi kontrolunda iynə ilə boşaldılır.