Suyun insan orqanizminə faydaları

Suyun insan orqanizminə faydaları

SU – insan orqanizmi üçün əvəzedilməz bir mayedir. Belə ki, kışı orqanizminin 60%-i, qadın orqanizminin 50-55%-ni su təşkil edir.Ortalama 70 kq çəkisi olan bir insanda 42 litr su mövcuddur. İçilən su 5 dəqiqə ərzində bağırsaqlardan sorularaq qana qarışır. Sudan başqa digər mayelərin bağırsaqlardan sorulma qabiliyyəti daha aşağı, müddəti isə uzundur. İçilən su bədən mayesinə qarışdıqdan sonra toxumalar arasında dövran edir və çox hissəsi böyrəklərdən xaric olunur.

Su – orqanizmi ayaqda tutan qanın 83%-ni təşkil edir. Qan bütün orqanların qidalanmasını təmin edərək, zərərli maddələri bədəndən uzaqlaşdırır. Orqanizm üçün həyati əhəmiyyət kəsb edən suyu az içən insanlarda ürək krizləri riskinin artdıği göstərilmişdir. Amerikada aparılan bir tədqiqatda – gündə 5 stəkandan çox su içən insanlarda ürək krizi keçirmə riski, gündə 2 stəkandan az su içən insanlarla müqayisədə 50% aşağı olmuşdur. Həmçinin,bu tədqiqatda suyun yerinə qoyulan digər içkilərin ürək krizlərini su kimi azaltmadığı da göstərilmişdir. Beləliklə, gündə ortalama  1.5-2 lt su içərək ürək krizi riskini azaltmış olursunuz. Əsas mexanizm budur ki, susuz qalan bədəndə qanın qatılaşması və tromb əmələ gəlməsi çoxalır. Suyu necə içmək lazımdır?

İdeal olanı su içmənin gün ərzində paylanmasıdır. Belə ki, səhər yuxudan qalxanda 2 stəkan su içərsək, bütün orqanlarımız hərəkətə gələcək. Yeməklərdən yarim saat əvvəl içilən 1 stəkan su həzmi yaxşılaşdırır. Duş qəbul etmədən əvvəl içilən 1 stəkan su təzyiq dəyərlərini tənzimləyir. Yatmazdan əvvəl içilən 1 stəkan su ürək krizi və insult riskini azaltacaq. Beləliklə, gündəlik tövsiyyə edilən suyun miqdarı 2 litr olub, təxminən 8 stəkana bərabər sayılır.

Az su içmək ürək və damarlara necə təsir edir:

1.Qanı qatılaşdırır, ürək krizi riski artır.

  1. Qanın qatılaşmasına və təzyiqin oynamasına bağlı insult riski artır.

3.Azu içmə bədəndə dolaşan mayenin azalmasına yol açaraq ürək çatmamazlığını ağırlaşdırır.

4.Az su içən və təzyiq dərmanı qəbul edən insanlarda təzyiq dəyərlərində düşmə və qalxmalar ola bilər.

5.Az su içən yaşlılarda böyrək çatmamazlığı tez-tez rast gəlinir.

Dr. Günel Kərimova