TƏBİB: Gündəlik duz istifadəsi 1 çay qaşığını keçməməlidir

TƏBİB: Gündəlik duz istifadəsi 1 çay qaşığını keçməməlidir

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) artıq duz qəbulunun insan orqanizminə mənfi təsirləri barədə açıqlama yayıb.

“Report” xəbər verir ki, məlumatda gündəlik duz istifadəsinin 1 çay qaşığını (5 qram) keçməməsinin lazım olduğu vurğulanıb.

“Artıq duz qəbulu yüksək təzyiq, ürək xəstəlikləri, böyrək xəstəlikləri, şəkər, piylənmə və xərçəng xəstəliyinin bəzi növlərinə səbəb olur”, – məlumatda bildirilib.