UŞAĞIN HƏRARƏTİ YÜKSƏKDİR? Təşvişə düşməyin!

UŞAĞIN HƏRARƏTİ YÜKSƏKDİR? Təşvişə düşməyin!

Pediatr-İnfeksionist Həmid Hacıağayev

Hər vaxtınız xeyir, əziz izləyicilər. İlk paylaşımda uşaqlarda yüksək hərarət mövzusuna toxunmaq istəyirəm. Bir sıra xəstəliklər bədən hərarətinin yüksəlməsi (qızdırma) ilə müşayiət olunur. Və hər bir valideyn övladının hərarəti yüksəldikcə narahat olmağa başlayır. Lakin bu zaman çoxunun etdikləri əsassızdır. Xüsusən də dərmanlardan istifadə.
Hər şeydən öncə bilməlisiniz ki, həkim məsləhəti olmadan hər hansı dərman vasitəsini istifadə etmək təhlükəlidir (xüsusən də antibiotik qəbulu!).

Ev şəraitində qızdırmanın mənşəindən asılı olmayaraq nə etməlisiniz?
1. İlk öncə bilməlisiniz ki, hər qızdırma aşağı salınacaq qızdırma deyil. Hər bir uşaq orqanizminin qızdırmaya reaksiyası fərqlidir.
2. Körpə uşaqlarda hərarət 38,5°C çatdıqda aşağı salınmalıdır, böyük uşaqlarda isə 39°C.
3. Əgər qızdırma qeyd olunan rəqəmlərdən aşağıdırsa, lakin uşaq özünü pis hiss edir, üşütmə, titrətmə, tərləmə, bayılma və digər hallar var, hərarət salınmalıdır.

Yüksək qızdırmanı aşkar etdikdə ev şəraitində nə etmək olar?
1. İlk olaraq uşağı boyundan aşağı ilıq duşa salın.
2. İlıq duşdan sonra qurulamayın (!) və geyindirməyin (!).
3. Alnına, boynuna ilıq su kompresi qoya bilərsiniz.
4. Uşağa bol maye içirtməyə çalışın.

NƏ ETMƏK OLMAZ!
1. Sirkə, Spirt kimi vasitələrlə uşağın bədənini silməyin!
2. Uşağı soyuq yaxud isti suya salmayın.
3. Özbaşına ANTİBİOTİK VERMƏYİN!!!

İstənilən dərman vasitəsini həkimin göstərişi olmadan uşaqlara verməyin!

Həkimə müraciət vacibdir:
1. Sadalanan üsullarla qızdırma düşmədiyi halda.
2. Qusma baş verdiyi, ishal başladığı, ümumi vəziyyətin pisləşdiyi halda.

https://www.facebook.com/doktorhamid/?hc_ref=ARSMwgxvQAlPeILkk50I7htkLft9S4LMjVl6hqKkFBFVCrgE2GUOMBG28h9_nOf0Igs&fref=nf

#drhamidhaciagayev #pediatr #uşaqhəkimi#infeksionist #hərarət #yüksəkhərarət #qrip #virus#xəstəlik #yoluxucuxəstəlik #payız #uşaq #valideyn#dərman #antibiotik 

#hayatclinic #saglamliq #saglamol #hekim #doctor