Uşaqlarda bud-çanaq oynağının displaziyası

Uşaqlarda bud-çanaq oynağının displaziyası

Yenidoğulmuşlarda və uşaqlarda Bud-Çanaq Oynağının Çıxığı nədir və hansı şəkildə özünü göstərir ?
Formaları:
1. Tam çıxıq
2. Yarım çıxıq (subluksasiya)
3. Displaziyalar
Displaziyalar bud sümüyü başı və çanaq sümüyü (sirkə kasası) arasındakı əlaqənin pozulmasıdır . Vaxt keçdikcə pozulma daha da sürətləndiyi üçün müalicə də çətinləşir. Buna görə də xəstəliyin vaxtında aşkar olunması müalicəni həm texniki olaraq asanlaşdırır həm də sağalmanı sürətləndirir.
Xəstəliyi əmələ gətirən risk faktorları arasında bağların anadangəlmə zəifliyi , ilk doğuş , sarğı gəlişli doğuş, ana bətnində uşağın pozisiyası ,bələnmiş uşaqlar, yanaşı deformasiyalı (əyri pəncəlilik, əyriboyunluluq, və.s) uşaqlar daha yüksək risk qrupuna daxildirlər. Ümumilikdə qız uşaqlarında oğlan uşaqlarına nisbətdə xəstəlik daha çox inkişaf edir
Valideynlərin həkimə ən çox gəldikləri səbəblərdən biri uşaqda sarğı nahiyəsindəki büküşlərdə fərq olmasıdır . Bundan başqa uşaqlarda ayaqların tam aralanmaması (Abduksion məhdudluğu) və ayağın daha çox düz açılmış (Ekstansion) vəziyyətdə qalması da valideynlərin həkimə müraciət etməsi üçün əsas simptomlardandır..
Birmənalı olaraq yenidoğulmuş uşaqların bud-çanaq oynağı ultrasəslə muayinə edilməli və bu xəstəlik inkar edilməlidir.Məhz ultrasəs müayinə körpəyə heç bir şüalanma və travma vermədən xəstəliyi vaxtında aşkar etməyə imkan verir.Müraciət 4-6 aylarında olmalıdır.US vasitəsilə alfa və betta bucaqları ölçülərək asanlıqla diaqnoz qoyulur.