Uşaqlarda koronavirusla əlaqəli ola biləcək sirli bir xəstəlik

Uşaqlarda koronavirusla əlaqəli ola biləcək sirli bir xəstəlik

Uşaqlara təsir edən və koronavirusla əlaqəli ola bilən sirli bir xəstəlik, artıq Amerikada rəsmi şəxsləri narahat etdi və infeksiyalar artdıqca da cavab axtarışına başlanıldı. Həkimlər xəstəxanaya yerləşdirilən onlarla uşağın vəziyyətini “uşaq multisistemli iltihab sindromu” adlandırdılar və səhiyyə işçiləri bunun koronavirusla əlaqəli ola biləcəyinə inanmağa başladılar. Nyu Yorkda bu səbəbdən üç uşaq öldü və bununla da vəziyyətin, uşaqların koronavirus riskinin az olması inancına zidd olduğu aşkara çıxarıldı.

Simptomlar hansılardır?

Uşaq multisistemli iltihab sindromu diaqnoz qoyulan uşaqlarda koronavirusun əlamətlərini göstərmir. Kawasaki xəstəliyi və toksik şok sindromuna bənzər simptomlar öz əksini tapır.

Kawasaki xəstəliyi damarların divarlarında iltihaba səbəb olur və ürəyə qan axışını məhdudlaşdıra bilir. Beş gün ərzində davam edən yüksək temperatur, burun axıntısı, şişmiş boyun vəziləri, dodaqlarda çatlaqlar, əllərin və ayaqların şişməsi və hər iki gözdə qızartı meydana gəlir. Ən çox 5 yaşdan kiçik uşaqlara təsir edir, lakin ölümcül ola bilsə də, müalicə edilə bilir. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə Kawasaki, ABŞ-da ürək xəstəliyinin aparıcı səbəbidir.

ABŞ Milli Tibb Kitabxanasına görə, toksik şok sindromu, stafilokok bakteriyalarının bəzi formaları tərəfindən törənən bir toksindən qaynaqlanır və atəş, şok və bir neçə bədən orqanı ilə əlaqəli problemlərə səbəb olur. Simptomlardakı fərqi uşaqlıq multisistemli iltihab sindromunun koronavirus xəstəliyinin ikinci mərhələsi olması ilə əlaqələndirmək olar, – pediatr doktor Qlen Budnik CNN-ə bildirib. Sonra onu da əlavə edib ki, “İmmunitet sisteminiz virusa qarşı reaksiya göstərir və bunlar iltihablı xəstəliklər olduğu üçün, bu, həddindən artıq təsir göstərərək Kawasaki kimi bir xəstəliyə səbəb ola bilir”.

İnfeksiyalar nə qədər geniş vüsət alır?

New York əyalətinin səhiyyə şöbəsi 85 uşağın vəziyyətini öyrənib. Onların əksəriyyətində koronavirus üçün nəticələr müsbət göstərib və ya antitel testləri müsbət çıxıb. Başqa bir yerdə isə reanimasiya şöbəsinə göndərilən, şok simptomların inkişaf etdiyi sağlam bir yeniyetmədə də belə bir hadisə baş verib. Kaliforniyadakı Stanford Uşaq Xəstəxanasında da bir qrup da belə halların olduğu bildirilib. Bənzər hallar beynəlxalq səviyyədə də aşkarlanıb. Son zamanlar İngiltərədə az sayda uşaq koronavirusla əlaqəli ola biləcək nadir sindromla xəstələnirlər. Bu kimi hallar İtaliya və İspaniyada da ortaya çıxmışdır. Böyük Britaniyalı mütəxəssislər, qarın ağrısı, mədə-bağırsaq simptomları və ürək iltihabı hallarına tez-tez rast gəlindiyini bildirirlər.

Bəs həkimlər nə deyir?

Hallar yalnız onlarla aşkarlansa da, həkimlər artıq həyəcan siqnalı çalaraq, hamını ayıq olmağa çağırır.

Uşaqlar üçün potensial risk artaraq ciddi narahatlıq yaratmağa başlayır. Çünki koronavirus Amerikada 100 minə yaxın insanın ölümünə səbəb olub. Məhz ona görə də, uşaqların və gənclərin Covid-19-dan təsirlənməməsi təəssüratı altında olduğu faktına həkimlər o qədər də əmin deyillər.

 

Leyla Məmmədova

Həkim-Pediatr

Əlaqə telefonu: (+994) 50 332-43-34