UX 2000i sidik analizatoru

Yaponiyanın Sysmex şirkətinin istehsalı olan UX 2000i sidik analizatoru-Sysmex UX-2000i flüoresstent axıcı sitometriya üsulu ilə işləyən axrıncı nəsl analizatorudur.

Diodlu lazer texnalogiyasına əsaslanıb, seçilmiş nuklein turşularını polimetin rəngləyicilər vasitəsi ilə boyayır ki, bu da kliniki lazım olan səviyyədə hissəciklərin həssas analizinin keçirilməsi ilə birgə bakteriyaların dəqiq aşkar olunmasına imkan yaradır.

Xarakterik analitik profilin olması:

Sysmex UX-2000i analizatoru sidikdə eritrositləri, leykositləri, bakteriyaları, epitel hüceyrələri, silindrləri, kristalları, maya göbələklərini və spermatozoidləri təyin edir. Əlavə məlumat sidiyin keçiriciliyi və bundan başqa xüsusi qaydalara əsaslanan eritrositlərin morfologiyası və məntiqi UTI işarələri vasitəsi ilə təmin olunur. İki ayrılmış analitik kanal vasitəsi ilə Sysmex UX-2000i analizatoru yalnız seçilmiş bakteriyaların analizinə və ya tam diapazonda parametrlərin verilməsinə deyil, həmçinin böyük həcmli nümunədə yüksək həssaslıq və dəqiqliklə bakteriyaların sayılması üçün xüsusi rejim seçmək imkanı yaradır.

İndi iş daha da asanlaşıb:

Məlumatların idarə olunması nöqteyi-nəzərindən geniş diapazonlu yeni xüsusiyyətlər açılır:”Məlumatların emalı modulu(IPU)” cihaza nəzarətlə yanaşı onun xidmətində işi asanlaşdırır, yığılmış məlumatların analizi isə pasiyent və terapiyanın monitorinqi üçün dəqiq təsəvvür yaradır. IPU böyük tutumlu yaddaşı olan ən son informasiya texnalogiyasını, periferik vasitələrlə qıvraq rabitəni, şəbəkə üstünlüklərini və çoxdilli proqram təminatını təklif edir. Analizin təyin olunmuş hüdudundan kənar standartlaşdırılmanı genişləndirilmək üçün sidik tədqiqatını aparan iş prosesini idarə etmə sistemi (SIS-U) UX-2000i analizatorunu tamamlayır və nəticə interpretasiyasına, növbəti iş prosesini davamına operatordan, tarixdən və zamandan asılı olmayaraq imkan yaradır.

Kliniki üstünlükləri:

Xüsusi flüoresstent axıcı sitometriya üsulu ilə işləyən Sysmex UX-2000i sidik analizatoru istifadəçiyə geniş diapazonlu kliniki üstünlüklər (məsələn, sidik yolunun infeksiyaya yoluxmasını və ya iltihabını tez bir zamanda istisna etmək üçün leykositlərin, bakteriyaların və maya hüceyrələrinin dəqiq təyini, hematuriyanın potensial mənbələri haqqında sadə məsləhət vermək üçün eritrositlərin sayılması, morfoloji məlumatın verilməsi və pasiyentin diurez statusu markeri kimi sidiyinin keçiriciliyi) verir. Məlumatlar toplusunun əksetdirmə funksiyası pasiyentin nəticələrinin tez və dəqiq icmalını verir ki, bu da müayinənin və müalicənin monitorinqində kömək edir.

Sidik analizi təhlilində intellektual üsul

Sysmex UX-2000i sidik hissəciklərinin morfologiyası interpretasiyasına subyektiv nəzarət edəni doğrudan da standartlaşdırılmış texnalogiya ilə əvəz edir. Klinisist analizatorda minimal əmək sərf edərək ona maraqlı olan məlumatları əldə edir:

Sidik yolları infeksiyalarının aşkarlanması və nəzarəti

Əgər bakterial, mikotik infeksiyaların və ya iltihabın əlamətləri varsa, analizator bunları aydın məlumatlar şəklində əks etdirir.Bu nəinki mənfi nümunələrin mikrobioloji testlərinin aparılmasını azaldır, həmçinin antibiotiklərlə lazımsız müalicəni minimallaşdırır.

Ola biləcək hematuriya mənbələrinin lokalizasiyasının aşkarlanması

Sysmex UX-2000i nümunənin tərkibində eritrositlərə şübhə olduqda diaqnostik tədqiqatların vaciblərindən biri sayılan eritrositlərin morfologiyasını təyin edir. Bu da sidik analizinin aparılmasının məqsədəuyğunluğunu təmin edir.