Vacumed

Damarların tutulması səbəbi ilə ayaq kəsilməsinə son!
Kosmik tibbi VACUMED “yuxarı və aşağı ətraflara mənfi təzyiq” texnoloqiyası ilə müalicə.
VACUMED bədənin aşağı yarısını dəstəkləyən “ikinci bir ürək kimi işləyir”.
Cihazın iş prinsipi pasientlərin yuxarı, aşağı ətraf və kiçik çanaq orqanlarına mənfi və normal təzyigin dəyişkən təsirinə əsaslanır. Vacumed oksigeni az olan,metabolik tullantılarla zəhərlənmiş qanın və toxumaların disfunksiyasını təmiz oksigenin miqdarını artırmaqla aradan qaldırır.
Mənfi təzyiq mərhələsində spazmatik damarların genişlənməsi və bununla işlək damarların sayının artması müşahidə olunur. Toxumaların perfuziyasının artması ilə nəticə olaraq onların oksigen və qida maddələri ilə təchizatı artır. Hətta perfuziya çatışmazlığı və ya işemiyası olan toxumalar həyatı funksiyalarını aktivləşdirir və bərpa olunur. Vakuum ilə məsafəli mənfi təzyiq tətbiqi bir çox insanın gözlədiyi bir müalicə üsuludur.
Normal atmosfer təzyiqi mərhələsində venoz kapilyarlar və limfa sistemi boyu venoz qan və limfa fəal dövran edir . Bu zaman limfadrenajı sürətləndirir ,həmçinin detoksikasiyanın təminatı ilə bağlı olaraq yağ toxumalarının metobolizmini artır və maddələr mübadiləsini sürətlənir.
Nəticə olaraq mikroksirkulyasiyanın yaxşılaşdırılması və bərpası – spazmlı və ya tıxanmış kapilyarların genişlənməsinə, bu isə aşağı ətraflarda qanqrenanın və amputasiyaların qarşısının alınmasına , ürək-damar beyin fəaliyyətinin yaxşılaşdırılmasına, trofik və digər xoraların regenerasiyasına səbəb olur.
“Vacumed”in təsiri altında toxumaların pH-i qələviləşir, proteolitik və digər fermentlər aktivləşir, həmçinin kollagenaza fermentinin artımı fonunda kollagen və elastin regenerasiya olunur , bu da dərinin hamarlığını və elastikliyini , əzələ toxuması və oynaq bağlarını, damar divarlarını bərpa edir.

GÖSTƏRİŞLƏR :

  • Mikrosirkulyasiyanın yaxşılaşdırılması və bərpası
  • Limfoödemlər zamanı (Limfadrenaj )
  • Metabolizmin artması
  • Birləşdirici toxuma zəifliyi
  • Trofiki xoralar
  • Dermatozlar ( psoriaz, neyrodermit)
  • Xronik venoz çatışmazlığın müalicəsi
  • Post trombotik sindrom (venoz trombozundan sonra)
  • Periferik arteriyaların okklyuziyası (damar tutulması)
  • Hipertenziya I və II mərhələ
  • Yuxarı və aşağı ətrafların qan dövranı pozğunluqları
  • Diabetik mikroangiopatiya (ağrı, yanma, yara)
  • Aşağı ətraflarda şişkinlik, qaşınma, tıxanıqlıq
  • Travmatik və idman zədələnmələrinin müalicə və bərpası
  • Yuxarı və aşağı ətrafların əzələlərinin atrofiyası və atoniyası
  • Damar sərtliyindən yaranan erektil disfunksiya
  • Cinsi zəiflik ( qadın və kişi )
  • Əməliyyatdan sonrakı dövrdə toxuma bərpasının sürətləndirilməsi
  • Bağırsaq hipotoniyası , atoniyası