XT-2000i hemotoloji analizator

Yaponiyanın Sysmex şirkətinin istehsalı olan XT-2000i hemotoloji analizatoru

-Yeni XT-2000i hemotoloji anaizatorunun iş prinsipi inqilabi üsullardan sayılan axıcı sitoflüorimetriya üsuluna əsaslanmışdır. Analizatorla dəqiq nəticə əldə etmək, normal və patoloji nümunələrin dəqiq bölünməsinə imkan yaratmaq mümkündür. Tam avtomatlaşdırılmış 38 parametrli,tam şəkildə leykositar formulanı çıxaran və retikulositlərin sayılmasını təmin edən analizator.

XT-2000i analizatoru eyni vaxtda 38 parametr təyin etməyə imkan verir.Onlardan əsas təyin olunmuş göstəricilər bunlardır:

Hemoqlabinin konsentrasiyası,hemotakrit,eritrositlərin miqdarı,eritrositlərin orta həcmi,bir eritrositdə hemoqlabinin orta konsentrasiyası,bir eritrositdə hemoqlabinin orta sıxlığı,trombositlərin miqdarı,trombositlərin orta həcmi,leykositlərin miqdarı, leykositlərin 5 fraksiyaya üzrə differensiasiyası(neytrofillər,eozinofillər,bazofillər,limfositlər və monositlər) nəticə blanklarında onların miqdarının mütləq və nisbi göstəricilər əks olunması,genişplazmalı(atipik)limfositlərin miqdarının sayılması,retikulositlər və blast hüceyrələri.

İşin texnaloji prinsipi inqilabi üsullardan sayılan axıcı sitoflüorimetriya və histokimyəvi üsulların birliyinə əsaslanaraq hüceyrəvi sub-populyasiyasının kəmiyyətcə və keyfiyyətcə qiymətləndirlməsində və morfoloji xarakteristikasının analizində yüksək dəqiqliyə təminat verir.

Ölçülən parametrlər:

Eritrositlər,hemoqlabin,hemotakrit, eritrositlərin orta həcmi,hemoqlabinin orta həcmi,hemoqlabinin orta konsentrasiyası,eritrositlərin paylanma eyniliyi,leykositlərin miqdarı,neytrofillər,limfositlər,monositlər,bazofillər,eozinofillər,yetişməmiş qranulositlər(% %-lə miqdarı),trombositlərin orta həcmi,trombositlərin paylanma eyniliyi,trombositlərin(%-lə miqdarı),yetişmənin 3 dövründə retikulositlərin tutumu,yetişməmiş retikulositlərin fraksiyası.

Eritositlər,trombositlər və leykositlərin paylaşdırılmasının histoqramması

Əsas xüsusiyyətləri:

23 əsas və 15 köməkçi parametrlər;

Leykositlərin tam differensiasiyası;

1 saatda 80 test tədqiq etmək imkanı;

Nümunələrin rəqəmsal identifikasiyası;

Morfoloji patoloqiya haqqında dəqiq məlumat və onların normal göstəricilərdən fərqləndirilməsi;

Nümunənin kalibrovkasının və keyfiyyətə nəzarətinin tam avtomatlaşdırılması;

Sınaq şüşəsindən 85 mkl,avtomatik rejimdə 130 mkl qan işlətmə imkanı;

40 mkl götürülmüş kapillyar qan işlətmə imkanı;

Reagentin əvvəlcədən qızdırılmasını təmin edən ölçü kameraları;

Levy – Jennings cədvəli,online rejimdə analizin gedişatının keyfiyyətinə nəzarət;

Tədqiqatların yaddaş tutumu:10000 pasiyent və qrafiklər əlavə olunmaqla.