Zərbə-dalğa terapiya

Müalicə  proseduru  çox  aşağı  tezlikli səs  dalğaları (akustik  dalğalar) yaradan  xüsusi  cihaz  vasitəsilə  aparılır. Bu  akustik  dalğalar  toxumalara  yayılaraq  sümüyə  qədər  hərəkət  edir.
Prosedur  zamanı  artıq  pasiyent  aşağıdakıları  qeyd  edir:

  • Cihazın təmas  nahiyyəsində  qan  axınının  artması
  • Kəskin və xroniki ağrıların azalması
  • Yerli iltihabın və şişin azalması
  • Əhvalın yaxşılaşması

Zərbə-dalğa  terapiyasına  göstərişlər:

  • Daban mahmızı və ya  pəncə  fassiti
  • Epikondilit
  • Osteoxondroz, osteoartroz
  • Çiyin-kürək periartropatiyası
  • Koksiqodiniya
  • Əzələ-tonik sindrom
  • Sınıqların gec  bitişməsi
  • Yastıayaqlıg