Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi
Haqqımızda
Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi 2016-cı ildən etibarən laborator, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir. Fəaliyyətimizin əsas məqsədi pasiyentlərimizə beynəlxalq standartlara uyğun, etibarlı və keyfiyyətli tibbi xidmətlər təqdim etməkdir.
Missiyamız və Hədəfimiz
Məqsədimiz, ölkənin və regionun ən qabaqcıl laboratoriya və poliklinik mərkəzlərindən birinə çevrilməkdir. Hədəfimiz isə daim yüksək səviyyəli tibbi xidmət göstərərək, pasiyentlərimizin etimadını qazanmaq və qorumaqdır. Bu məqsədlə qabaqcıl dünya təcrübəsi və müasir tibbi texnologiyalardan istifadə edirik.
Keyfiyyət Standartlarımız
Xidmət keyfiyyətimizin göstəricisi olaraq, 2018-ci ildə ilk dəfə, 2021-ci ildə isə ikinci dəfə ISO 9001:2015 (Keyfiyyətin İdarəedilməsi Sistemi) sertifikatını əldə etmişik. Keyfiyyətə nəzarət sistemi bütün iş proseslərimizi (preanalitik, analitik və postanalitik mərhələlər) əhatə edərək xətaların qarşısını almağa imkan verir.
Laborator Xidmətlərimiz
Laboratoriyalarımız müasir, tam avtomatlaşdırılmış avadanlıqlarla təchiz olunub. Burada 10 əsas bölmə (CoLab, Hematologiya, Mikrobiologiya, Molekulyar Mikrobiologiya, Genetika, Sitogenetika, İmmunologiya, Serologiya, Patohistologiya, Tandem MS) və alt bölmələr (prenatal diaqnostika, axınlı sitometriya, metabolik skrininqlər və s.) üzrə 7000-dən çox laborator müayinə aparılır. Analizlər beynəlxalq protokollara əsaslanır və nəticələrin dəqiqliyi ciddi nəzarətdən keçirilir.
Sloqanımız: "Əldə etdiyiniz nəticə sadəcə rəqəm deyil."
Bu prinsip əsasında "Doğru nəticə - sıfır xəta" yanaşmasını əsas götürürük.
Pasiyent Yönümlü Yanaşma
Pasiyent hüquqlarına hörmət, onların maarifləndirilməsi və məlumatlandırılması bizim üçün önəmlidir. Sürətli, doğru və izlənilə bilən laborator analizlər, peşəkar həkim qəbulları və müayinələri mərkəzimizin üstünlüklərindəndir.
Geniş Xidmət Şəbəkəmiz
Pasiyent rahatlığını təmin etmək məqsədilə filial şəbəkəmizi genişləndiririk. Hal-hazırda:
- Bakı şəhəri üzrə: 16 filial
- Bölgələr üzrə: 13 filial
- Xaricdə: 3 filial fəaliyyət göstərir.
Referans Hospital - Yeni Dövr, Yeni Yanaşma
2025-ci ildən etibarən xidmət sahəmizi genişləndirərək, Referans Hospital adı altında fəaliyyətimizi davam etdiririk. Referans Hayat Hospital və Referans Mərdəkan Hospital olaraq, təcrübəmizi və innovativ yanaşmalarımızı birləşdirərək, tibbin ən müasir standartlarına uyğun yüksək keyfiyyətli xidmətlər təqdim edirik.
Referans Hospital: Sağlamlığınız üçün ən doğru ünvan!