Loading...

Nevrologiya

Nevrologiya bölümü mərkəzi və periferik sinir sisteminin müxtəlif tipli kəskin və xroniki gedişatlı xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğuldur. Bütövlükdə orqanizmin ayrı-ayrı orqanlarının birgə fəaliyyətini məhz sinir sistemi təmin edir. Bu səbəbdən sinir sisteminin sağlamlığı çox əhəmiyyətlidir. Belə ki,sinir sistemində yaranmış hər hansı dəyişiklik,xəstəlik bütün orqanizmin sağlamlağına ciddi təsir göstərir.

Nevroloji xəstəliklərin müalicəsi orqanizmdə yaranmış digər xəstəliklərə də müsbət təsir edir. Nevroloji xəstəliklərin əksəriyyəti xroniki gedişata malik olduğu üçün vaxtında bu xəstəliklərin aşkarlanması CHEK-Up müayinə ilə mümkündür.

Nevroloji xəstəliklər zamanı aşağıdakı əlamətlər müşahidə edilə bilər:

  • Müxtəlif tipli baş ağrıları,
  • baş gicəllənmə,
  • nitq pozğunluğu,
  • tənəffüs və udmanın çətinləşməsi,
  • görmə və eşitmənin zəifləməsi,
  • qulaqda küyün olması,
  • əsəbilik,
  • diqqətin yayınması,
  • yaddaşın zəifləməsi,
  • yuxunun və əhval-ruhiyyənin pozulması,
  • qıcolmalar: ətraflarda keyimə,
  • göynəmə,
  • soyuqluq hissi,
  • qarışqa gəzməsi hissi,
  • əzələlərdə ağrı, dartılmalar, zəiflik,
  • müvazinət pozğunluğu,
  • sidik, nəcis ifrazının pozulması,
  • emosional pozuntular və s.

Nevroloji xəstəliklərin dəqiq diaqnostikası üçün kliniki əlamətlərdən əlavə instrumental müayinələrə də ehtiyac duyulur:

  • Elektro ensefaloqrafiya(EEQ)
  • Elektroneyromioqrafiya-ENMQ
  • EMQ
  • KT
  • MRT Silent Scan-Maqnit-rezonans tomoqrafiyası

Baş beynin və onurğanın müayinəsini həyata keçirən üsuldur. Yeni texnologiya olan Silent Scan MRT cihazının nevroloji xəstələr üçün müəyyən narahatlıq yaradan səsinin səviyyəsini maksimum azltmağa imkan verir.

Nevropatoloq

Həftə içi : 09:00 - 15:00

Nevroloq

Həftə içi : 08:00 - 14:00

Pediatr

Həftə içi : 09:00 - 15:00