Loading...

Otorinolaringologiya

LOR - tibbin boğaz, burun boşluğu, qulaq xəstəliklərinin müalicəsi ilə məşğul olan bir sahəsidir.

Qulaq Burun Boğaz - QBB xəstəlikləri hər birimizi uşaqlıqdan izləyir. Qulaq və yuxarı tənəffüs yolları patologiyalarından daha çox rast gəlinəni burunudlağın iltihabi xəstəlikləridir. Bu, onunla əlaqədardır ki, QBB orqanları daimi ətraf mühitlə təmasdadılar və həmin orqanların selikli qişalarında cüzi pozğunluqlar zamanı belə təhlükə yaradan və xəstəliyin inkişafına gətirib çıxaran kifayət qədər şərti-təhlükəli mikroorqanizmlər mövcuddur. Böyük şəhərlərin çirkli ekologiyası və əhalinin sıxlığı qulaq-burun-boğaz xəstəliklərinin əmələ gəlməsi və yayılması üçün əlverişli sərait yaradır. QBB xəstəlikləri tək iltihabi yox, həm də genetik, travmatik və infeksion ola bilir.

Əmələ gəlmə səbəbindən asılı olmayaraq QBB xəstəliklərinin simptomları adətən eyni olur:

  • Burun tənəffüsünün çətinləşməsi;
  • Boğazda ağrı;
  • Qulaqda ağrı;
  • Burun və ya qulaqdan ifrazat axması;
  • Ürəkbulanma;
  • Cənəaltı limfa vəzilərinin böyüməsi;
  • Baş ağrıları;
  • Eşitmə zəifliyi;
  • İybilmənin çətinləşməsi;
  • Başgicəllənmə.

Klinikamızın geniş diaqnostik imkanları ilə QBB orqanlarının aşağıdakı müasir müayinələri aparılır:

  • Endoskopik müayinələr
  • Rinoskopiya
  • Otoskopiya
  • Farinqoskopiya
  • Larinqoskopiya
  • Fiberoptik fleksibllə endoskopik müayinə
  • Eşitmənin kamertonla müayinəsi
  • Vestibulyar aparatın müayinəsi

Klinikamızda aparılan müasir radioloji müayinələr – USM, KT, MRT QBB xəstəliklərinin müasir diaqnostikasını daha da asanlaşdırır.