Urologiya-Andrologiya
Urologiya – kişi və qadın sidik-cinsiyyət sistemində mövcud olan xəstəliklərin etiologiya, patogenezi, diaqnostikası və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir.
Urologiyanın aşağıdakı bölmələri var:
- Andrologiya- kişi cinsiyyət orqanlarının inkişafı və bu orqanlarda infeksiyaların törətdiyi xəstəliklərlə məşğul olur. Bu xəstəliklərə, anadangəlmə problemlər(uşaqlarda fimoz), iltihabi proseslər(prostatit, uretrit, sistit) və törəmələr aiddir;
- Uroginekologiya- uroloji və ginekoloji xəstəliklərin bir-biri ilə əlaqəsini öyrənir;
- Uşaq urologiyası - uşaqların sidik-cinsiyyət orqanlarının inkişafı və bu orqanlarda olan xəstəliklərlə məşğul olur;
- Qeriatrik urologiya - ahıl yaşda olan insanların sidik cinsiyyət orqanlarında potologiyaların diaqnostika və müalicəsi ilə məşğulolur.
HAYAT Clinic Tibb Mərkəzində aşağıdakı uroloji-androlji xəstəliklərin müalicəsi mövcuddur:
- Sidik yolları xəstəlikləri;
- Böyrək xəstəlikləri;
- Kişi Sonsuzluğu;
- Cinsi zəiflik;
- Cinsi marağın azalaması;
- Erkən boşalma;
- Prostat xəstəliklərinin dərman və fizioterapevtik apparatlarla;
- Cinsi yolla keçən infeksiyaların törətdiyi xəstəliklər.