Loading...

Şəkərli Diabet və Hamiləlik

Şəkərli Diabet və Hamiləlik

Bəzən qadınlarda hamiləlik dövründə şəkər xəstəliyi inkişaf edə bilər. Bu vəziyyət hamiləliyin 20 həftəsindən sonra yaranır və hestasional diabet adlanır. Hamiləlik bitdikdən sonra qan şəkərinin səviyyəsi tam normallaşır, lakin növbəti hamiləlikdə hestasional diabet təkrarlana bilər və ya bir müddətdən sonra anada şəkərli diabet tip 2 yarana bilər.

Hestasional Diabetin yaranmasında risk faktorları:

  • Ailə tarixçəsində tip 2 şəkərli diabetin olması (birinci dərəcəli qohumlarda)
  • Anada prediabet
  • Anada arterial hipertoniyanın olması
  • Əvvəlki hamiləlikdə hestasional diabetin olması
  • Yumurtalıqların polikistoz sindromu
  • Böyük çəkili körpə tarixçəsi (4.5 kg)
  • Əvvəlki hamiləliklərin ölü doğumla nəticələnməsi
  • Sidikdə şəkərin aşkarlanması

Bu baxımdan şəkərli diabet fonunda inkişaf edən hamiləlik, hamiləlikdən sonrakı dövr ana və uşaq üçün risk ilə müşayiət olunur.

Ana üçün təhlükələlər:

  1. Uşağın çəkisinin həddindən artıq artması səbəbindən doğuş vaxtı qeysəriyyə kəsiyi əməliyyatının daha çox olma ehtimalı
  2. Hamiləlikdə düşüklər
  3. Yüksək qan təzyiqi
  4. Preeklampsiya və eklampsiya təhlükəsi
  5. Vaxtından əvvəl doğuş

Yenidoğulmuşlarda:

  1. Makrosomiya (böyük çəki) və bununla bağlı doğuş vaxtı travmatizasiya (körpücük sümüyünün sınığı)
  2. Fizioloji sarılığın uzun müddət davam etməsi
  3. Tənəffüs-distress sindromu və ağır asfiksiya
  4. Travmatik mənşəli beyin-qan dövranının pozulması
  5. Hiperinsulinemiya (qanda insulinın artıq olması) və doğuşdan sonra ağırhipoqlikemiyanın(qan şəkərinin aşağı olması) ehtimalı yüksəkdir.

Sağlam qidalanma, fiziki aktivliyin artırılması, hamiləlıkdən əvvəl bədən çəkisinə nəzarət hestasional diabetin yaranmaması ücün vacib profilaktik tədbirlərdi.

09/11/22