Loading...

Vitamin D nədir?

Vitamin D nədir?

D vitamini kalsium və fosfor minerallarının mənimsənilməsini, qandakı səviyyəsini və sümük toxumasına və dişlərə verilməsini tənzimləyir. A vitamini və kalsium və ya fosforla birlikdə orqanizmi soyuqdəymə, şəkərli diabet, göz və dəri xəstəliklərindən qoruyur. Vitamin D də diş çürümələrini və diş əti xəstəliklərinin qarşısını alır, osteoporozla mübarizə aparır və sınıqların sağalmasını sürətləndirir.
D vitamini səviyyəsinin təyin edilməsi kalsium metabolizmasının pozğunluqlarının diaqnozu (raxit, hamiləlik, qidalanma və həzm pozğunluqları, hiperparatiroidizm, osteoporoz) üçün istifadə olunur.


D vitamini əskikliyinin simptomları:

  • iştahsızlıq
  • yuxusuzluq
  • ağız və boğazda yanma hissi
  • çəki itirilməsi
  • görmə pozğunluğu

Gələcəkdə osteoporozun inkişafının müşahidə olunması.
Uşaqlarda isə raxit, onurğa deformasiyası, böyümə və inkişaf gecikməsi.

01/11/22